ANS-“Yeni Müsavat” məhkəməsində barışıq təklifi

29-09-2009 / 19:21

Bu gün Nizami Rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə ANS-in “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesi açıq elan edən hakim məhkəmə araşdırmasına başlamazdan əvvəl tərəflərə barışıq təklif etdi. ANS-in nümayəndəsi Araz Tağıyev müəyyən şərtlərlə barışıq tərəfdarı olduqlarını bildirib. Teleşirkətin digər nümayəndələri də bu təklifi dəstəkləyiblər.

Öz növbəsində “Yeni Müsavat”ın nümayəndələri Məzahir İsrailov və Vaqif Hüseyn çıxış edərək, iki media qurumu arasında məhkəmə çəkişməsinin doğru olmadığını söyləyiblər. Bundan sonra hakim tərəflərin müzakirə aparması üçün fasilə elan edib. Fasilədən sonra nümayəndələr barışıq sazişini iki media qurumunun rəhbərlikləri ilə müzakirə etmək üçün hakimdən vaxt istəyiblər. Hakim prosesi oktyabrın 8-ədək təxirə salıb.     http://musavat.com/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə