Mais Məmmədov yenidən fanat.az saytını məhkəməyə verdi

13-11-2009 / 20:01

“Xəzər-Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Fanat.az saytının layihə rəhbəri Zahir Əzəmət, saytın baş redaktoru Əli Sahib və idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsilə iddia qaldırıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna saytın baş redaktoru Əli Sahib məlumat verib. Belə ki, iddiaya səbəb Əli Sahibin "Bir daha Mənsimovlar haqqında" və "Jurnalistlərə hökm oxundu", Zahir Əzəmətin "Mübariz Mənsimov hara işləyir" və Natiq Muxtarlının "Məzhəkə məhkəmə" başlıqlı yazıları olub. Klub prezidenti adıçəkilən məqalələrdə təhqir olunduğunu, şərəf və ləyaqətinin alçaldığını iddia edərək, hər üç jurnalistə cəza təyin olunmasını tələb edir.

Xatırladaq ki, bir müddət öncə “Xəzər-Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Natiq Muxtarlının FANAT.AZ idman saytında  yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Yasamal rayon məhkəməsi 7 oktyabr 2009-cu il tarixdə Natiq Muxtarlının məvacibinin 20 faizinin Mais Mənsimovun xeyrinə  tutulması ilə 1 il, Zahir Əzəmətin isə məvacibinin  20 faizinin tutulması ilə 6 ay islah işlərinə cəlb olunması barədə qərar çıxarmışdı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə