8 oktyabr Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddiaya baxılıb. İddiaya əsasən Yasamal rayon məhkəməsinin çıxardığı qərardan iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə keçirilən prosesdə qərar çıxarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin təsisçisi və baş redaktoru Habil Vəliyev məlumat verib.
H.Vəliyevin sözlərinə görə, hakim C. Səfiyeva apellyasiya şikayətinin təmin edilməməsi və Yasamal rayon Məhkəməsinin 20 aprel 2009-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarıb.
Xatırladaq ki, Ramazan Abdullayev "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrə görə Yasamal rayon məhkəməsinə müraciət etmişdi. İddiaçı tərəf üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 300000 (üç yüz min) AZN tutularaq şirkətə ödənilməsini istəmiş, lakin Yasamal rayon məhkəməsi iddianı təmin etməmişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri