21 noyabr tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi ilə bağlı mətbuat konfransı keçirdi. Konfransda çıxış edən GHMK üzvü Erkin Qədirli bildirdi ki, hazırda həbsxanada olan vəkillər – İsaxan Aşurov və Elton Quliyev ləngidikləri üçün konfransda iştirak etmirlər. E.Qədirli jurnalistlərə məlumat verdi ki, Səbail rayon məhkəməsinin gənclərlə bağlı çıxardığı hökmdən artıq apellyasiya şikayəti verilib. O, əlavə etdi ki, bu işlə bağlı Avropa İnsan Hüquqları məhkəməsinədək davam edəcəklər.
E.Qədirlinin sözlərinə görə, valideynləri Adnan Hacızadə və Emin Milli ilə görüşmələri üçün hakimə müraciət ediblər.
Adnan Hacızadənin atası Hikmət Hacızadə çıxışı zamanı bildirdi ki, Səbail rayon məhkəməsində tərəflərin bərabərlik hüququ kobud şəkildə pozulduğuna görə, məhkəmənin qərarını ədalətsiz hesab edir. O qeyd etdi ki, Apelyasiya məhkəməsi Azərbaycanın imicinə ciddi zərbə vurulmaması üçün ədalətli qərar çıxararaq, şikayəti təmin etməli və gənclər azadlığa buraxılmalıdır.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. //RATİ
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri