01.06.2010-cu il tarixində Azərbaycan İnternet Forumunun növbəti toplantısında Milli İnternet Mükafatı ilə bağlı Müsabiqənin keçirilməsi Qaydalarında dəyişikliklər və əlavələr müzakirə edilərək qəbul edilib. Müsabiqənin daha ədalətli və şəffaf keçirilməsi məqsədilə Münsiflər tərindən qiymətləndirmənin yazılı olaraq əsaslandırılması, müsabiqədə qalib gələn resursun növbəti 3 il ərzində müsabiqədə iştirakına icazə verilməməsi , müsabiqə qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsi, Nominasiyaların yeni prinsip əsasında müəyyən edilməsi haqqında əsasnamədə dəyişikliklər edilib. Eyni zamanda Müsabiqənin daha uğurlu yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi tərəfindən bir sıra zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib
AİF- in toplantısında son dövrlərdə Google şirkətinə məxsus  internet  resurslarda yer alan Azərbaycanla  bağlı qeydi-dəqiq  informasiyalar, Azərbaycana məxsus ərazilərin  buradakı  xəritələrdə təhrif edilməsi müzakirə olunub. Bu problemin  ciddi olaraq  araşdırılması, konkret  faktların müəyyən edilməsi  və bunun əsasında qısa  müddətdə Google  şirkətinə rəsmi müraciət edilməsi  qərara alınıb. // xeberler.az/Ellada
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları