“NETTY 2009” Milli İnternet Müsabiqəsi başlayır

03-02-2009 / 19:42


  Müsabiqəsinin müddəti, qaydaları və prosedurları təsdiq edilib

  Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “NETTY 2009” Milli İnternet Mükafatı Akademiyasının (MİMA) ilkin toplantısı keçirilib. Tədbirin gedişatında müsabiqənin müddətləri, qaydaları və prosedurları təsdiq edilib. MİMA-dan verilən məlumata əsasən, görüş çərçivəsində cari ilin fevral ayından may ayına qədər keçiriləcək müsabiqə iştirakçılarının qeydiyyat qaydalarına bəzi dəyişikliklər edilməsi, müsabiqənin qaydalarına bir sıra əlavələr edilməsi və Akademiyanın tərkibinin genişləndirilməsi müəyyən edilib.

  Bundan əlavə, mükafatın inkişafına yönəldilmiş bəzi əlavə qərarlar qəbul edilib. Xüsusən, “Azərbaycanda uşaq ili 2009” qanadı altında “Ən yaxşı uşaq saytı” nominasiyası və “2009-cu il – Bakı islam mədəniyyətinin paytaxtı” proqramı çərçivəsində “Bakı haqqında ən yaxşı sayt” nominasiyası müsabiqədən kənar kateqoriyaların açılmas qərara alınıb. Əlavə nominasiyaların siyahısında 2008-ci ildən mövcud olan müsabiqədən kənar “Ən yaxşı dizayn” nominasiyası dəyişdirilmədən saxlanılıb.

  Bundan əlavə NETTY-nin Akademiyası 2009-cu ildən başlayaraq hər il yeni şərəfli “İlin İT-hadisəsi” nominasiyasında Azərbaycan informasiya texnologiyaları sahəsində ən yaxşı layihənin adını açıqlayacaq. Bu nominasiyada mükafata namizədlər Azərbaycanda və onun xaricində informasiya texnologiyalarının inkişafına köməklik göstərən layihələrin müəllifləri ola bilərlər.

  Qeyd olunur ki, NETTY Milli Internet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin inkişafı məqsədilə yaradılmış İnternet sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY – öz fəaliyyətinə 2004-cü ildə başlayıb və cari ildə öz beşilliyini qeyd edir. Mükafat daimi dövlət qurumları, iri Azərbaycan və beynəlxalq şirkətləri tərəfindən dəstəklənir. Hər il Netty 11 nominasiya üzrə Azərbaycanda ən yaxşı saytları mükafatlandırır. Müsabiqənin qalibləri sırasında həm məşhur və nüfuzlu saytlar, həm də ki, yeni yaranan layihələrdir./SİA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə