Amerikada Senator Bill Delahuntun cümə axşamı təqdim etdiyi qanun layihəsinə görə, ölkədəki əyalət satış vergilərinə tabe olmayan mail və internet üzərindən satışlara vergi qoyulacaq.
Qeyd edək ki, Amerikalılar mövcud vəziyyətdə, öz əyalətləri xaricindəki bir əyalətdən yayımlanan onlayn ticarət saytından alver etdiklərində vergi ödəmirlər. Məsələn Şimali Karolinalı Amazon.com saytı Kaliforniyada mərkəz açmayıb. Belə olduğu təqdirdə Amazon.comun bu əyalətdən həyata keçirdiyi satış üçün vergi qoyulmur. Əslində, vəziyyət tam da belə deyil. Mövcud qanuna görə, bir əyalətdəki adam başqa bir əyalətdəki onlayn ticarət saytından alver etdikdən sonra, "use tax" adıyla tanınan bir üsulla, könüllü olaraq öz vergi cədvəlinə bu alveri yazıb, vergisini ödəməlidir, amma bu sistemin səmərəli olmadığı bildirilirdi.
Bu səbəbdən də, internet üzərindən qiymətlər daha cazibədardır. ABŞ-da onlayn ticarət həcminin yüksək olmasının bir səbəbi də məhz bununla bağlıdır. Yalnız siqaret satışları buna daxil deyil.
Böyük ticarət obyektləri həm onlayn satıcıların rəqabətdə haqsızlıq etdiklərini iddia edirlər, həm də özləri də bu tipli onlayn dükanları açırlar. Artıq10 ildirki internet üzərindən satışlara vergi qoyulması məsələsi müzakirə obyektidir. Əslində vergi qoyulmasını istəyən vergi komitəsinin üzvləri də elə Amerikanın nəhəng ticarət şirkətləri olan Wal-Mart, Target, IKEA kimi şirkətlərdir.
Amma Amerikan Konqresi artıq bu vəziyyətə son verməyi planlaşdırır. Yuxarıda da qeyd etdiyimiz kimi, həmin böyük firmaların lobbiləri uzun müddətdir bu məsələnin həll olunmamasına etirazlarını bildirirdilər. Senator Delahuntun təqdim etdiyi qanuna görə isə, 23 milyard dollar verginin toplana biləcəyi nəzərdə tutulur.
Yeri gəlmişkən qeyd edək ki, əyalətlər arası vergi fərqliliklərini aradan qaldıran və sxemi sadələşdirən "Streamlined Sales Tax Project" layihəyə də indiyə qədər 24 əyalətin razılıq verdiyi bildirilir. Bu layihə 2002-ci ildən başladılıb
.
Qlobal böhranın yaratdığı problemlərlə mübarizə aparan Amerikada vergi tərəfdarları onlayn ticarətdə alınmayan vergilər səbəbindən dövlətin məktəblərə, ictimai sahələrə ayrılacaq xərclərə də mənfi təsir göstərdiyini iddia edirdilər.
Sonda qeyd edək ki, Amazon.com və eBay kimi onlayn ticarət nəhəngləri baş verənlərdən narahatdırlar. Hökümətin kiçik internet pərakəndəçilərini müdafiyə etdiyini düşünürlər.
ELMAR VƏLİYEV
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları