Avropa Komissiyası “Amazon” internet mağazası ilə bağlı antiinhisar araşdırmasına başlayıb. Bu barədə komissiyanın məlumatında deyilir.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Avropa Komissiyası “Amazon”a qarşı rəsmi antiinhisar araşdırması açıb. Məsələn, komissiya şirkətin digər internet mağazalarının rəqabət qabiliyyətinə mane ola biləcək nəşriyyatçılarla müqaviləsinə daxil edilən müəyyən bəndləri təhqiq edəcək”, - məlumatda bildirilir.
Avropa Komissiyası “Amazon” internet mağazasını Lüksemburqda qeyri-qanuni maliyyə yardımı almaqda şübhəli bilir. Bu barədə “The Wall Street Journal” nəşri komissiyanın sənədlərinə istinadən məlumat verib.
Sənədə əsasən, komissiya Lüksemburq tərəfindən “Amazon” şirkətinə edilən vergi güzəştlərinin Avropa İttifaqı (Aİ) qanunvericiliyini pozması ilə bağlı ilkin qərar çıxarıb.
Vergi qanunlarının pozulması ilə bağlı iş Aİ-nin antiinhisar tənzimləyici orqanının “Amazon”un törəmə “Amazon EU Sarl” şirkətini transfert qiymətqoyma vasitəsilə vergilər ödəməkdə şübhəli bildiyi 2003-cü ildə başlayıb. O zaman “Amazon” və Lüksemburq Maliyyə Nazirliyi onlayn pərakəndə satış mağazasına xüsusi vergi rejiminin verilməsini inkar edib.
Araşdırmaların nəticələri ilə bağlı komissiya Lüksemburqdan “Amazon”dan ödənilməyən vergi məbləğinin hamısının tutulmasını tələb edə bilər.
Aİ həmçinin “Apple”, “Starbucks” və “Fiat” şirkətləri ilə bağlı vergi araşdırmaları aparır. Araşdırmaların aparılması üçün əsas şirkətlərə müvafiq olaraq İrlandiya, Niderland, Lüksemburq tərəfindən böyük vergi güzəştlərinin edilməsidir.
Məlumat üçün bildirək ki, dünyanın nəhəng onlayn pərakəndə satış şirkəti olan “Amazon” ABŞ-dan kənarda – Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrdə filiallara malikdir, eləcə də 61 ölkəyə mallar çatdırır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri