“iPhone 4” gözə gəldi

15-07-2010 / 12:52

Qurğuları almaqdan vaz keçmək tövsiyə edilir

ABŞ-ın istehlakçılar üçün nüfuzlu “Consumer Reports” jurnalı öz laboratoriyasında “iPhone 4” smartfonunu testdən keçirib. xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Consumer Reports” əldə etdiyi nəticələrə əsaslanaraq Apple şirkəti tərəfindən smartfonun antenası ilə bağlı problem həll olunmayana kimi bu qurğunu almaqdan vaz keçməyi tövsiyə edir.


“Consumer Reports”un apardığı müstəqil araşdırmada üç ədəd “iPhone 4” istifadə edilib. Müəyyən olub ki, mobil siqnalın qəbulu ilə bağlı problemlər antenanın konstruksiyası ilə əlaqəlidir. “Apple” şirkətinin bu vəziyyətlə bağlı rəsmi mövqeyi isə ondan ibarətdir ki, aparat sadəcə olaraq qəbul olunan siqnal səviyyəsini düzgün əks etdirmir.


“Consumer Reports”un apardığı təcrübələr radiodalğaların daxil olması mümkün olmayan xüsusi kamerada həyata keçirilib. Burada mobil operatorun baza stansiyasının modelləşdirən verici qurğu quraşdırılıb. Jurnalın ekspertləri müəyyən ediblər ki, smartfonun korpusunun sol aşağı hissəsinə toxunarkən doğrudan da siqnalın güclü itməsi baş verir. Zəif siqnal qəbulu zonalarında bu qoşulmanın tam kəsilməsi ilə nəticələn bilər. iPhone “3GS” və “Palm Pre” modellərin ilə aparılan analoji yoxlamalar zamanı həmin qüsurlar aşkar olunmayıb. Köməkçi vasitə kimi ‘iPhone 4”ün problemli sahəsininin üstünü yapışqan lentlə örtmək təklif olunur.


Qeyd edək ki, “Consumer Reports” ilk dəfədir ki, 2007-ci ildən, yəni iPhone seriyasının debütündən bu günə kimi bu smartfonlar haqqında mənfi rəy söyləyir. Bununla yanaşı, ekspertlər hesab edir ki, qeyd olunan böyük çatışmamazlıq nəzərə alınmasa, “iPhone 4” çox yaxşı smartfondur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə