Milli domen adlarının sayı açıqlanıb

24-08-2010 / 00:42

Azərbaycan internet məkanında iyul ayı ərzində 258 yeni *.az domen adı qeydiyyatdan keçib. Hazırda milli internet məkanında 10 293 aktiv domen fəaliyyət göstərir.

 

Onlardan 9 290-nı birinci dərəcəli domen zonasının payına düşür. Burada lider yenə də *.com.az (540) domen zonasıdır.

 

Digər domen zonaları haqqında statistik məlumat isə belədir: 89 - *.edu.az; 80 - *.org.az; 61 - *.net.az; 55 - *.gov.az; 53 - *.int.az; 21 - *.pp.az; 20 - *.info.az; 7 - *.co.az; 2 - *.biz.az; 1 - *.mil.az; 1 -*.bilesuvar.az; 1 - *.sumgait.az; 1 - *.zaqatala.az; 1 - *.imishli.az; 1 - *.gence.az; 1 - *.pro.az; 1 - *.shusha.az.

Xatırladaq ki, milli domen adları 25 avqust 1993-cı ildən fəaliyyət göstərirlər.

 

Qeyd edək ki, hər il Azərbaycanda 2 mindən çox *.az domen adları qeydiyyatdan keçir.

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə