Azərbaycanda internetin keyfiyyəti sizi qane edirmi? (SORĞU)

18-09-2010 / 13:31

 Son dövrlər ən çox müzakirə olunan məsələlərindən biri Azərbaycanda internetin vəziyyətdir. Cəmiyyət içində bu məsələylə bağlı müxtəlif fikirlər var.

Bu məsələni hər zaman gündəmdə saxlayan Xeberler.az saytı Azərbaycanda internetin keyfiyyəti ilə bağlı sorğu keçirib. Sorğuda iştirak gənclərin fikirlərini sizlərə təqdim edirik...

 Əhməd Heybətov (Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstutu (RATİ), operator:

Azərbaycandakı internetin keyfiyyəti demək olar ki, bütün provayderlerdə eynidir. Xarici ölkələrin  internetlərindən istifadə etməmişəm. Ancaq, eşitdiyimə görə bizdəki internetin keyfiyyəti qonşu Gürcüstanla müqayisədə daha bərbaddır. İnternetin  paylanmasında  sağlam rəqabət olarsa, sahibkarlar investisiya qoymaqla yeni texniki avadanlıqlar almaqla, bu və digər texniki məsələləri həll etmiş olarlar. Bu da dolayısı ilə internetin keyfiyyətinin yüksəlməsinə səbəb olar.

 Ferid Mirzəyev (jurnalist) :

«Hər halda, dünya reallığına nəzər salanda, Azərbaycanda keyfiyyətdən söhbət belə gedə bilməz» 

 Nərmin Nöqtə, (Alma qəzeti, jurnalist) :

«İşimlə bağlı olaraq, günümün çox hissəsini internetdə keçirirəm. İnternet resurslarının axtarışı, audio və video xəbərlərin izlənilməsi, sosial şəbəkələrlə iş - bunların vaxtından  daha tez əldə olunması üçün, internet sürətim mənə heç də imkan yaratmır. Çünki, provayderlər mərkəzdən idarə olunur - vahid "əl"də cəmləşir. Nəticədə, 2 istifadəçi üçün nəzərdə tutulan sürətlə 7-8 istifadəçi işini görməli olur. Bu da keyfiyyəti bir xeyli aşağı salır. İnternetdən istifadənin qiyməti ucuzlaşdırılsa da, keyfiyyətə əncam çəkilmədiyindən, dəyişən bir şey yoxdur. Zəif sürət 1 saata görülən işi, 2 saata qaldırır. Buna görə də qiymətdən çox, provayderlərin təmərküzləşməsinin qarşısı alınmalıdır. Azad rəqabətə imkan yaradılmalıdır. Yaradılmalıdır ki, istifadəçilər də, işini normal görə bilsin».

 Ceyhun Əhmədov (Proqnoz.az saytının redaktoru ) :

«Nə sürətdən, nə də qiymətdən razı deyilem. Azərbaycanda internetin qiyməti qonşu dövlətlərdən qat-qat yuxarıdı. Bundan başqa göstərilən sürət heç bir provayder tərəfindən tam verilmir.1 mb  sürət yazırlarsa ən çoxu 700 kb sürət verirlər».

 Toğrul Gülgəzli (Blogger) :

«Şəxsən mən özümü Azərbaycandakı internetin keyfiyyətindən razı olan insanlar qrupuna aid etməzdim. Çünki, sürətli internet ölkə ərazisində elə də yayılmayıb, yalnız Bakıda müəyyən qədər yayılmasının şahidi ola bilərik. Məncə bunun səbəbi hər şeydən əvvəl bölgələrdə sürətli internet çəkmək üçün uyğun şəraitin olmaması və əlbəttə ki, internetin baha olmasından asılıdı. Bütün bunları nəzərə alaraq, demək istərdim ki, Azərbaycandakı internetin keyfiyyəti digər qonşu ölkələrə nəzərən çox bərbad vəziyyətdədir».

  Göründüyü kimi gününün əksər hissəsini internetdə keçirən insanlar internetin keyfiyyətindən razı deyillər. Belə olan təqdirdə Rabitə Nazirliyinin hansı əsasla İnternetin keyfiyyətinə görə Azərbaycanı regionda lider hesab etməsi maraq doğurur.

P.S. Mövzu ilə bağlı öz fikirlərinizi aşağıdakı şərh bölməsinə yaza bilərsiniz.

Əfsələddin Ağalarov

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə