"Hazırda Azərbaycanda internet qiymətlərini digər qonşu ölkələrlə müqayisədə formal olaraq normal hesab etmək olar".
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, 1 meqabit internetin bəlli sürəti Rusiyada hansı qiymətdirsə bizdə də ona yaxınlaşıb. Azərbaycanda internetin keyfiyyəti ilə bağlı problemlər toxunan AİF prezidenti bildirib ki, ölkəmizdə provayderlər tərəfindən təqdim olanunan sürətlə, istifadəçilərin aldığı real sürət arasında kəskin fərq var.
Onun sözlərinə görə, bu məsələyə internetin keyfiyyət kontekstindən baxdıqda onda məlum olur ki, bizdə internet qiyməti bahadır.
“25 manat ödəyərək 1 meqabit internet surəti almaqla bağlı müqavilə bağlayırıq. Amma internetdə olan vasitələr və alətlərlə bu sürəti ölçəndə görürük ki, bu aldığımız sürətdən 3 dəfə aşağıdır. Bu da o deməkdir ki, bizdə internet digələrinə nisbətən 3 dəfə bahadır. Biz internet qiymətləri ilə razıyıq amma təklif olunan sürətlə, keyfiyyətlə bağlı problemlər var”,- deyə o qeyd edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri