3 Terabaytlıq yaddaş qurğusu

29-06-2011 / 17:58

Buffalo Technology şirkəti yeni USB 3.0 interfeysli yaddaş qurğularının istehsalına başlayır. Yaddaş qurguları iki versiyada və 5 yaddaş həcmi ilə istehsal oluncaq

MiniStation USB 3.0 (HD-PCTU3) versiyası USB enerjini portdan götürür. 500 QB və 1 TB-lıq formaları var. Ağ və qara korpusla istehsal olunur.

DriveStation USB 3.0 (HD-LBU3) isə yalnız qara korpusla istehsal olunacaq. Enerjini şəbəkədən götürən versiyanın 1, 2 və 3 TB-lıq formaları istehsal olunacaq.

Hər iki versiya həm də USB 2.0 interfeysini dəstəkləyir. Lakin USB 2.0 interfeysində məlumat ötürmə sürəti 480 MB/san olursa USB 3.0 interfeysində bu 5 QB/saniyə-yə qədər qalxır. Windows 7/Vista/XP, Mac OS 10.4 (və +) əməliyyat sistemləri tərəfindən dəstəklənir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə