Azercell Telekom yeni “Portal 111” xidmətini istifadəyə verib

03-03-2012 / 14:39

 Azercell Telekom bütün abunəçiləri üçün yeni “Portal 111” xidmətini istifadəyə verib. Bu xidmət sayəsində Azercell abunçiləri telefonlarından *111#YES (OK) komandasını yığaraq Portal 111-ə pulsuz daxil olub, müxtəlif Azercell xidmətlərindən istifadə edə bilərlər. 

Portal 111-in daxilində abunəçilər 1-9 düymələrindən istifadə edərək müxtəlif kateqoriyaları seçə bilərlər. Həm Fakturalı, həm də SimSim abunəçiləri Portal 111-in ümumi menyusuna daxil olaraq, orada göstərilən xidmət siyahısından onlara uyğun olan xidmətləri seçə biləcəklər. 

Məlumat üçün bildirək ki, Portal 111 komandasının köməkliyi ilə SimSim abunəçiləri Simkredit, Günlük Gizlətcell, Rominq xidməti, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım-xidmətlərindən istifadə edə biləcəklər. Eyni zamanda Azercell Fakturalı xətt abunəçiləri də, Günlük Gizlətcell, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım xidmətlərindən yararlana bilərlər. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə