Milli Net Təşkilat Komitəsi İnternet resursların qeydiyyat müddətini daha 5 gün uzadıb. Beləliklə, İnternet resursların  Qeydiyyat müddəti 25 Noyabr tarixdə başa çatır. Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Milli Net TK bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək. 
1-ci mərhələ səsvermə prosesi noyabrın 21-də başlanacaq və 30 Noyabr tarixdə başa çatacaq. 1-ci mərhələ səsvermənin  nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar  müəyyən olunacaq. 
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.
2-ci səsvermə prosesi  dekabrın 3-də  başlayacaq və 15-də yekunlaşacaq.  Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə  keçirilməsi nəzərdə tutulub.  
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telekom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına  dəstək verirlər.
Milli Net TK bir daha  bildirir ki, 25 Noyabr tarixdə saat 24.00 dan etibarən  saytların Qeydiyyat prosesi dayandırılacaq. Bu müddətədək qeydiyyatdan keçənlər, lakin müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən  Müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddətində yenidən müraciət hüququnu özlərində saxlayırlar.
TK bildirir ki, Müsabiqəyə qatılmaqla bağlı Gözləmə rejimində  və Qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan Müsabiqəyə buraxılmayacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları