Milli İnternet Mükafatı - Milli Net 2014 müsabiqəsində birinci səsvermə başa çatır.
Milli Net 2014 təşkilat komitəsindən Xeberler.az-a verilən məlumata görə, müsabiqəyə qəbul edilən saytların qiymətləndirilməsi üzrə birinci səsvermə prosesi dekabrın 7-si saat 24.00-da yekunlaşır.
Qiymətləndirmə prosesini 3 istiqamət (kontetnt, dizayn və funksionallıq ) üzrə 15 nəfər münsif aparır.
Bu il müsabiqəyə 14 nominasiya üzrə 322 sayt təqdim edilib. İndiyədək 272 sayt müsabiqəyə qəbul edilib. 1-ci səsvermənin nəticələri əsasında hər bir nominasiya üzrə nominantlar seçiləcək.
Hazırda qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə qəbul edilən saytlara şərhlər yazmaqla münasibət bildirə bilərlər.
Milli Net müsabiqəsində nominantlar arasında 2-ci səsvermə prosesi isə dekabrın 15-dək davam edəcək.
Milli İnternet mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın 19-da keçirilməsi nəzərdə tutulub. Təşkilat komitəsi hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri