Nazirlik beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb

19-03-2013 / 11:48
Nazirliyin  Məlumat Hesablama Mərkəzi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. 
 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) keyfiyyət menecment sistemi üzrə ISO 9001:2008 beynəlxalq standartın tələblərinə uyğun növbəti resertifikasiya auditindən uğurla keçib.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mərkəzin telekommunikasiya xidmətləri və internet, proqram təminatı və veb-saytların, korporativ və regional şəbəkələrin yaradılması və saxlanılması, sistem inteqrasiyası və layihələşdirmə üzrə fəaliyyət sahələri “ISO 9001:2008” beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb.
 
Sertifikatlaşdırılma Böyük Britaniyanın UKAS akkreditasiya mərkəzində akkreditə olunmuş İsveçrənin SGS şirkəti tərəfindən həyata keçirilib.
Xatırladaq ki, MHM ilk ISO beynəlxalq standartlara uyğunluq sertifikatını 2007-ci ildə layiq görülüb

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə