Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura Təkliflər hazırlayıb

28-03-2013 / 00:57

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın Layihəsi üçün  Təkliflər hazırlayıb.

Təkliflərə əsasən  ölkədə elektron hökumət quruculuğu prosesinin sürətlənməsinə və  sosial əhəmiyyətli xidmətlərin daha aktiv formada elektron formaya keçirilməsinə,  bu sahədə idarəetmə proseslərinin daha çevik və effektiv qurulmasına yönəlib.

Təkliflərdə, yalnız elektron formada təqdim olunan xidmətlərin deyil, mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən real olaraq təqdim olunan bütün xidmətlərin inventarizasiyasını aparılması və vahid reyestrin hazırlanmasının vacibliyi qeyd olunub.
Həmçinin xidmətlərin göstərilməsində bürokratik proseslərin elektronlaşmasının qarşının alınması, artıq olan proseduraları və zərurət olmadan tələb olunan sənədlərin ləğv edilməsi və ya sayının azaldılması üçün təkliflər nəzərdə tutulub.

Elektron formada təqdim olunan  xidmətlərlə bağlı daha az vaxtın tələb olunması üçün qanunvericilik aktlarını araşdırması və müvafiq qərarların qəbul edilməsinin  vacibliyi qeyd olunub.
Hər bir Mərkəzi  icra orqanları üzrə  Elektron xidmətlər bölməsində kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısının da  yerləşdirməsi Təkliflərdə öz əksini tapıb. Hər bir xidmət üzrə elektron formaya keçidlə bağlı konkret tədbirlərin ( maliyyə, reqlament , infrastruktur və s ) müəyyən olunmasının vacibliyi qeyd olunub.

Təkliflərdə Elektron hökumət quruculuğu istiqamətində həyata keçirilən dövlət Proqramları və Layihələrində bütün maraqlı tərəflərin iştirakının təmin olunması ,  onun populyarlaşdırılması və prosesin şəffaflığı üçün mexanizmlərin yaradılması da qeyd olunub.

Təkliflərdə  “Elektron hökumət” Portalının strukturunu təkmilləşdirməsi və yenidən qurulması, Portalın məzmununun  idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində müddəalar yer alıb:

Təkliflər  İctimai Şura tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.

Təkliflərin tam mətnini buradan əldə etmək olar.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə