Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014 / 14:36
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
 
1. "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (Əlavə 1).
 
2. "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu" təsdiq edilsin (Əlavə 2).
 
3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparatının işçilərinin say həddi 107 ştat vahidi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin işçilərinin say həddi 18 ştat vahidi müəyyən edilsin.
 
4. "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 619; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 533, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 2, maddə 121) ləğv edilsin.
 
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
 
 
 
 
 
 
İlham Əliyev
 
 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti
 
 
 
 
 
 
 
Bakı şəhəri, 19 iyun 2014-cü il

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə