Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı

07-08-2014 / 16:04
Avqustun 8-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçiriləcək.
 
Toplantıda vətəndaşların elektron xidmətlərdən istifadə vəziyyəti, elektron xidmətlərin populyarlıq səviyyəsinin yüksəldilməsi, elektron xidmətlərdən istifadə ilə bağlı rəsmi statistikanın təkmilləşdirilməsi və elektron xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim edilməsi istiqamətində İctimai Şura və Multimedia Mərkəzinin birgə hazırladığı təkliflər müzakirə olunacaq.
 
Təkliflərin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə