Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda informasiya-hesablama sistemini (GRID) təşkil etmək nəzərdə tutulur. Məlumatı Xeberler.az saytına AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.
Məlumatda bildirilir ki, elmi müəssisənin gənc alimləri Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları Mərkəzində təcrübə keçiblər. Üç aylıq təcrübə kursunda institutun geodinamika və seysmologiya şöbəsinin əməkdaşları Bəhruz Əhədov və Tural Məmmədov mərkəzin informasiya texnologiyaları laboratoriyasında GRID sisteminin qurulması, məlumatların hesablanması və mübadiləsi metodlarını öyrəniblər.
Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirib ki, GRID şəbəkəsi ilə yer elmləri, yüksək enerjilər fizikası və digər sahələrdə elmi tədqiqatlar aparmaq, hesablama və məlumatların analizini həyata keçirmək mümkündür: “Bu sistem geodinamik proses və seysmoloji hadisələrə dair məlumatların təhlili üçün mühüm əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarından istifadə böyük zaman və resurs tələb etdiyi halda GRID əvəzedilməzdir”.Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri