Apple şirkətinin yeni tətbiq etdiyi dəyişiklik sim nömrələrini bazardan çıxara bilər.
Xeberler.az ANS
PRESS-ə istinadla xəbər verir ki, şirkət ötən həftə təqdim etdiyi tablet
modellərində, daha əvvəl heç bir cihazında istifadə etmədiyi bir texnologiyanı
istifadə edib. Apple SİM adı verilən bu yeni tətbiq sayəsində istifadəçilər GSM
operatorlarından sim kart almaq məcburiyyətində qalmır.
Yeni iPad modellərində olan Apple SİM istifadəçilərə istədikləri zaman, istədikləri
GSM operatoruna sim kart dəyişikliyi etmədən keçmələrinə imkan verir.
Apple-ın bu yeni tətbiqinin istifadəyə verilməsindən sonra istifadə etdiyimiz
sim kartların dövrünün sona çatacağı iddia edilir.
Apple SİM ilə razılıq əldə edən GSM operatorlarının sayı hazırda xeyli azdır.
ABŞ-da yalnız T-Mobile, AT & T və Sprint şirkətlə razılıq əldə edib. Apple
SİM kartın nə zaman və hansı GSM operatorları ilə Azərbaycanda istifadəyə veriləcəyi
isə hələlik bilinmir.
Şirkətə yaxın qaynaqlardan gələn məlumatlara görə, Apple uzun müddətdə bu yeni
tətbiqi bütün ağıllı cihazlarına tətbiq etməyi planlaşdırır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri