eGov3.0: İnkişaf meylləri və yeni imkanlar

01-12-2014 / 10:12

Dekabrın 3-də ənənəvi “Bakutel 2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Microsoft Korporasiyasının təşkilatçılığı ilə “eGov3.0: İnkişaf meyilləri və yeni imkanlar” mövzusunda Beynəlxalq Forum keçiriləcək. 

Forum elektron idarəçilik və elektron hökumət sahəsində müxtəlif dünya ölkələrinin qabaqcıl təcrübə və innovativ həllərinin, gələcək inkişaf trendlərinin müəyyən edilməsi sahəsində fikir mübadiləsi üçün platforma kimi çıxış edir.

Forumun əsas məqsədi müxtəlif hökumət qurumları, ölkə nümayəndələri, xarici və yerli mütəxəssislər, alimlər arasında təcrübə mübadiləsi üçün zəmin yaratmaqdır. 
Forum zamanı aşağıdakı məsələlər müzakirə edilməsi nəzərdə tutulur:

- E-hökumətin gələcək inkişaf trendləri;

- İnformasiya cəmiyyətinin formalaşmasında müasir elektron hökumət həllərinin rolu;

- Vətəndaşyönlü qabaqcıl e-hökumət həlləri;

- E-idarəçilik və infrastrukturun təkminləşdirilməsi;

- Biznes, bankçılıq, e-təhsil, e-ödəmə, e-nəqliyyat və digər qlobal trendlər;


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə