ABŞ-da “3G” şəbəkəsindən istifadə dayandırılacaq. Belə ki,
ölkənin nəhəng mobil rabitə operatorlarından biri “Verizon” şirkəti “CDMA” və
“EV-DO” (3G) şəbəkələrini ləğv etməyə hazırlaşır.
ABŞ-ın Serbiya əsilli
sakini Milan Milanoviç aşkar edib ki, Klivlend və Manhetten şəhərlərində “LTE”
şəbəkələrində məlumatların ötürülməsi üçün operator əvvəllər “EV-DO” şəbəkəsi
üçün ehtiyatda saxlanılan 1900 MHs tezliyindən istifadə edir. “Verizon” nümayəndəsi
bildirib ki, bu, yalnız sınaq olub və şirkət keçidə hələ ki tam hazır deyil.
Operatorun “3G” şəbəkəsindən “LTE”-yə keçidi
başa çatdırması üçün kifayət qədər çox vaxt lazımdır. Hazırda “Verizon”un
inkişaf etmiş infrastruktura və “LTE”-nin geniş əhatə zonasına malik olmasına
baxmayaraq onun şəbəkəsində fəaliyyət göstərən mobil aparatların 41 faizi
“LTE”-ni dəstəkləmir. Şirkətin “CDMA” və “EV-DO” şəbəkələrinin istismarının bu
standartlarda mobil rabitə xidmətlərinə tələbatın azalması ilə əlaqədar
dayandırılması güman edilir, - "IT Expert” yazır.
Mənbə:
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri