Bakcell rouminq tərəfdaşlarının sayına görə önə çıxdı

15-12-2014 / 14:01

Bakcell mobil operatoru və provayderi rouminq tərəfdaşlarının sayına görə (ölkələr, mobil operatorlar, GPRS, Camel rouminq xidməti və s.) ölkədə birincidir. Məlumat Xeberler.az saytına Bakcell şirkətinin mətbuat xidmətindən verilib.

Məlumatda bildirilir ki, Bakcell abunəçiləri hazırda Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrikada rouminq xidmətlərindən yararlana bilərlər. Mobil operator ümumilikdə 168 ölkədə 417 mobil operatorla rouminq əlaqəsi qurub. GSM xidməti ilə yanaşı, Camel rouminq xidməti və GPRS (İnternetdən) rouminq üzrə də Bakcell ən yüksək göstəricilərə malikdir. Xidmətlər üzrə rouminq tərəfdaşlarının sayını aşağıdakı cədvəldə görmək olar:  

Xidmətlər

Ölkələrin sayı

Mobil operatorların sayı

GSM

168

417

Camel

110

220

GPRS

162

343

Bakcell şirkətinin baş texniki direktoru Yigit Berktaş  Bakcell abunəçilərinin dünyanın daha çox nöqtəsində mobil rabitə xidmətlərindən istifadə etməsi üçün imkanlarının genişləndiyini bildirib: “Biz səs və SMS xidmətləri ilə yanaşı, Camel rouminq və GPRS rouminq xidmətinin göstərildiyi ölkələrin, tərəfdaş mobil operatorların sayının artırılmasına çalışırıq”.

“Bakcell”in CIN, Klass və Gold abunəçilərinə Azərbaycandan kənarda olarkən səs, SMS və mobil İnternet xidmətlərindən yararlanmaq üçün müvafiq paketlər təklif olunur.

Şirkətin təqdim etdiyi son rouminq kampaniyasının şərtlərinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinə səfər edən abunəçiləri bir meqabayt internet üçün cəmi 0.25 AZN, daxil olan zənglərin dəqiqəsi üçün cəmi 0.25 AZN, çıxan zənglərin dəqiqəsi üçün isə cəmi 0.75 AZN ödəyirlər. Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir.

Bundan bir qədər öncə isə şirkət rouminq qiymətlərinə 50%-dən artıq endirim tətbiq edib. Nəticədə ən çox istifadə olunan istiqamətlərdə (ölkələrdə) daxil olan zənglərin bir dəqiqəsinin qiyməti 65 qəpikdən 32 qəpiyə endirilib.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə