Ödəmə kartını fırıldaqçıdan qoruyan geyim hazırlanıb

22-12-2014 / 10:14

Maqnit lentli ödəmə kartlarını tədricən mikroçipli kartlar əvəzləyir. Belə kartlar ödəməni heç bir qurğuya toxunmadan, elə məsafədən reallaşdırır.

Bizimyol.info  NewsOboz-a istinadla bildirir ki, ekspertlər çipli ödəmə kartlarının daha təhlükəsiz olduğunu, sürətlə işlədiyini iddia edirlər. Həm də hər hansı yerdə ödəmə edən müştəriyə kartı kiməsə vermək lazım deyil, əməliyyatı məsafədən keçirmək olar.

Yeni kartların qüsuru tərəfi də var: adi noutbuk ya smartfonla silahlanmış fırıldaqçı xüsusi proqramın köməyi ilə məsafədən heç nədən xəbəri olmayan insanın kartından pul çəkə bilər.

ABŞ-da yerləşən Betabrand təşkilatı Symantec şirkəti ilə birgə kənar müdaxiləni zərərsizləşdirən cins materialından xüsusi geyimlər hazırlayıb. Belə geyimin cibinə yerləşdirilən ödəmə kartına heç bir yad müdaxilə ola bilməz.  Cins şalvarın 151, pencəyin isə 138 dollara satılacağı güman olunur. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə