\"Nar mobile\" öz şəbəkə abunəçilərinə rabitə xidmətlərinin ödəmələrini real vaxt rejimində həyata keçirmək imkanları təqdim edib. Bu barədə məlumatı xeberler.az-a şirkətin baş ofisindən bildiriblər.
Xidmət http://nar.goldenpay.az/nar/ internet saytında internet şəbəkəsi vasitəsilə təqdim edilir.
Yeni \"On-line ödəmə\" xidməti \"Nar Mobile\" ödəmə sistemini asanlaşdırır, belə ki, vaxtdan və məkandan asılı olmayaraq balansı artırmaq olar.
Layihə “GoldenPay” şirkəti ilə həyata keçirilib və ödəmə üçün Visa və Mastercard plastik kartlarının istifadəsini nəzərdə tutur.
Abunəçinin ödəmə həyata keçirməsi barədə məlumat bir neçə saniyə ərzində elektron poçt və SMS vasitəsilə əldə olunur.
Xatırladaq ki, “GoldenPay” sisteminin 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri