Dekabrın 2-də Bakıda Silverkey Technologies Azərbaycan şirkəti ölkədə ilk ödəmə sistemi – “GoldenPay”-in təqdimat mərasimini keçirəcək.
Bu ödəmə sisteminin tətbiqi Azərbaycanda elektron ticarətin (e-commerce) inkişafında ən əsas addımdır. Önəmli faktdır ki, “GoldenPay” Visa İnternational və Master Card beynəlxalq ödəmə sistemləri tərəfindən sertifikatlaşdırılmış və təhlükəsizlik sistemləri isə “3D secure” dünya standartları tələblərinə cavab verir. Bundan əlavə, elektron təhlükəsizlik sahəsində dünya lideri “VeriSign” şirkətindən də sertifikat alınıb.
Bu təqdimatdan sonra Azərbaycan İnternet istifadəçiləri “GoldenPay” vasitəsilə yerli on-layn mağazalarda (e-shop) alış-veriş edəcək, biletlər və mehmanxanalarda yerlər sifariş (reservation) edəcək, kommunal xərcləri ödəyəcək, sığorta polislərini əldə edəcək, bank əməliyyatlarını həyata keçirə biləcək. Bu və daha çox on-layn ödəmə xidmətləri inkişaf etmiş dünya ölkələrində uğurla yerinə yetirilməkdədir.
Daha ətraflı məlumat almaq və tədbirdə qeydiyyatdan keçmək üçün
www.demoday.az saytına daxil olun.