900 mindən artıq istifadəçi “Müsahibə” filminin pirat variantını bir güdə internetdən yükləyib. Xəbəri Variety saytı yayıb.
Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, “Müsahibə” filminin YouTube Movies, Google Play, Xbox Video kimi platformalarda yerləşdirilməsindən sonra onun pirat variantlarını torrent istifadəçilər dünyanın hər yerində öz kompüterlərinə yükləyiblər. Ən yüksək faiz ABŞ-ln payına düşüb.
Bu film qalmaqallı tarixçəsi ilə yaddaşlarda qalıb. Koreya lideri Kim Çen Undan bəhs edən “Müsahibə” filmini Sony Pictures kino şirkəti 2014-cü il dekabrın 18-də Nyu-Yorkda nümayiş etməyi planlaşdırırdı. Premyera zamanı terror aktı olacağı haqda naməlum hakerlərdən gələn təhdid səbəbindən şirkət tədbiri ləğv etməyə məcbur olub.
Bir qədər öncə SonyPictures şirkəti güclü kiber hücuma da məruz qalmışdı. Hakerlər bir sıra məxfi məlumatları, “Müsahibə” filmini tam həcmdə ələ keçirmışdilər. ABŞ rəsmən Şimali Koreyanı hücumun təşkilində ittiham etmişdi. ABŞ prezidenti Barak Obama hücumda əli olanları cəzalandıracağına da söz vermişdi. Dekabrın 22-də isə Şimali Koreyanının interneti tam kəsilib, mütəxəssislər bunun səbəbini tapa bilməyiblər. 2 gün sonra internet bərpa olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri