Facebook sosial şəbəkəsi ABŞ istifadəçilərinə itkin düşmüş uşaqlar haqda məlumatları göstərməyə qərar verib. Məlumat Facebook-un korporativ bloqunda yayılıb.
Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, Facebook bu təşəbbüsə itmiş və ya zorakılığa məruz qalmış uşaqların taleyi ilə məşğul olan National Center for Missing and Exploited Children təşkilatı ilə birgə əl atıb.
Polis hər hansı uşağın itdiyi qərarını qəbul edərsə, məlumat AMBER Alert xəbərdarlıq sisteminə, oradan isə Facebook-a ötürüləcək. Sosial şəbəkə də bu xəbəri uşağın axtarışı aparıldığı yerlərdə yaşayan istifadəçilərin lentində göstərəcək.
AMBER Alert ABŞ və Kanadada fəaliyyət göstərən xəbərdarlıq sistemidir. Hər hansı uşaq itdikdə, bu sistem məlumatı radio, televiziya, SMS, elektron ünvan, elektron tablo vasitəsilə yayır. Facebook-un məlumatında bildirilir ki, AMBER Alert sisteminin köməyi ilə 1996-cı ildən bu yana 728 itkin düşmüş uşaq tapılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri