Stasionar telefon çəkilişi üçün ilkin məbləğin kreditlə ödənilməsi haqda təkliflər hazırlanır

19-11-2008 / 19:17

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov AzərTAc-a bildirib ki, nazirlik ölkədə stasionar telefonların çəkilişi üçün tələb olunan ilkin məbləğin kreditlə ödənilməsi barədə təkliflər hazırlayır.
Nazir qeyd etmişdir ki, bu ilin oktyabrında Azərbaycanın bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılmış, nəticədə ölkədə “100 ailəyə 100 telefon” layihəsinin həyata keçirilməsinə imkan yaranmışdır. Amma telefonların çəkilişi üçün 80 manat məbləğində ilkin vəsaitin ödənilməsi bu layihənin icrasında problemlər yaradır. Ə.Abbasov bildirmişdir ki, abonentlər ilkin ödənişdən azad edilsələr, telefonlaşdırmanın sürəti artar.
Nazir demişdir ki, bu problem daha çox kənd yerlərində müşahidə olunur. Əgər ilkin ödəniş olmasa, kənd yerlərində yaşayanlar bu sistemə daha fəal qoşulacaqlar.

mənbə: www.apa.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə