Möhtəşəm plazma ekran

04-11-2008 / 21:10

Bir Yapon firması, çox incə və bükülə bilən nəhəng plazmasıyla 2009-a damğasını vurmağa hazırlaşır.
Shinoda Plasma adlı bir Yapon firması, möhtəşəm plazma ekranıyla gələcək ilə damğasını vurmağa hazırlanır. Yeni plazma ekran, istehsalçısı Shinoda Plasma tərəfindən Yaponiyada reallaşdırılan FPD International sərgisində gözlər önünə sərildi.
Plazma ekranı digərlərindən fərqləndirən isə yalnız ölçüləri deyil... Plazma yalnız 1 mm qalınlığında və elastik bir quruluşa sahibdir. Bu sayədə istifadəçilər tərəfindən asanlıqla bükülə bilər.
Təməl olaraq şirkətin rəsmi nümayəndəsi Manabu Ishimoto, digər plazmalardan fərqli olaraq inkişaf etdirdikləri yeni məhsulun özünə xas bir texnologiyanı da özü ilə gətirdiyinin vurğulayıb.
4 kq ağırlığı və 600 Vattlıq güc istehlakıyla diqqət çəkən yeni plazma ekranın önümüzdəki ilin Aprel ya da May aylarında satışa çıxarılacağı gözlənilir.
 
 
xeberler.az/ELLADA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə