MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin «qəzəbinə tuş gələn» verilişin tam stenoqramı

20-06-2009 / 21:38

ANS ÇM-in 8 iyun 2009-cu il tarixində efirə gedən «Gənc klub» verilişində Nuşirəvan Məhərrəmlinin fikrincə, əxlaqa zidd məqamlar, suallar olub. Stenoqramı ictimaiyyətin ixtiyarına buraxırıq. Sizcə, aparıcı həqiqətənmi əxlaqsızlığı təbliğ edib?! 

Bu günkü verilişdə, hörmətli gənclər, səmimi etiraf edəcəksiniz, açıq- saçıq səhnələri olan, erotik və porno filmlərə baxmısınız, yoxsa yox? 9102-yə SMS-lərinizi göndərin, 493 22 58-ə zəng edirsiniz. Məncə 90 faiz baxıb. 10 faiz bəlkə də evində videomaqnitafon olmadığına və ya peyk antenası olmadığına görə baxmayıb. Amma istənilən halda 90 faiz bəlkə də baxıb. İndi hətta mobil telefonlarda da var. İndi səmimi etiraf edək. Burada utanacaq, ayıb, qorxacaq bir şey yoxdur. Sizin səsinizi heç kim tanıyası deyil. Buna görə heç kim sizi qınaya da bilməz. Səmimi etiraf edin.

- Salaməleyküm, Asif. Necəsiz?
- Əleykümə salam. Sağ olun, Tural müəllim.

- Asif, neçə yaşınız var?
- 23 yaşım.

- Bu filmlərə baxmısız?
- Biz rayonda olanda gedirdik Şəkidə şəhərin özündə klublarda baxırdıq. Hətta belə bir hal olub ki, biz bir dəfə gedəndə gördük ki, məktəb direktorumuz da oturub orda baxır. Bütün hamıya səs soraq-saldıq, biabırçılıq oldu.

- Aydındır. Təşəkkür edirəm. Zənginizə görə çox sağ olun.
9102-yə SMS-niz qəbul edilir. 493 22 58-ə zəng edirsiniz.

- Cəmilə, salaməleyküm. Necəsiz?.
- Salam, yaxşı, sağ olun. Siz necəsiz?

- Siz nə işlə məşğulsunuz?
- Heç, sadəcə evdə otururam.

-Cəmilə, erotik-porno filmlərə baxmısınız, yoxsa yox?
-Çox təəssüf ki, baxmışam.

- Niyə görə təəssüf?
- Bilmirəm. Amma baxmışam.

- Necə olub ki, baxmısan. Məqsədli surətdə, yoxsa təsadüfən gözünüz ekranda sataşdı, ayrıla bilmədiz?
- Bəli. Gözüm sataşdı.

- Təxminən neçə dəqiqə çəkdi?
-Təxminən 10 dəqiqə.

- Aydındır. Təşəkür edirəm zənginizə görə.

«Salam, ay Tural. Elə yerin məlum, indi hal-hazırda oturub baxırıq. Həm baxırıq, həm də baxırıq..», yazıb göndəriblər SMS nömrəsinə.
«Salam, Tural. Peyk antenasında var. Əlbəttə ki, baxıram. O ki, qaldı verilişə. Hamısını bağladın. İspanlar neçə nəfər qalmalıdır ki, bizim futbolçuya bənzərlərimiz meydanda ortaya bir zad qoya bilsinlər». Rayka imzası ilə yazıb göndəriblər 9102 SMS nömrəsinə. Elə şeydən danışmıram. Mən boş-boş şeylərə vaxtımı ayırmıram.

«Əvvəllər çox gənc, təcrübəsiz idim, baxırdım. Əsl xəstəlikdir. Sonra iradəmlə tərgitdim. Məncə o filmlər əxlaqın sonudur». Vüsal yazıb göndərib 9102 nömrəsinə.

«Yunanlar deyirlər ki, əsl həqiqət şərabla üzə çıxır. Amma mən bunu həmişə ayıq başla da edə bilərəm. Pornaqrafiyanı bəyənmirəm». Meri Qranda yazıb göndərib. Amma sualıma cavab vermədin «Pornaqrafik filmlərə baxırsan, ya yox?»

-Fuad, salam, necəsiz?
- Salam.

- Neçə yaşınız var?
- 27 yaşım var.

- Bu filmlərə baxmısız, ya yox?
- Vaxtilə baxmışam.

- Təxminən neçə yaşında baxmısan?
- 22-23 yaşlarımda.

- İlk dəfə belə filmlərə baxmaq təcrübəniz necə oldu?
- Sadəcə gənclik idi. Cahillik. Bundan qabaqkı mövzunuz çox gözəl mövzu idi. Bu cür mövzular isə gənclərin gələcəyinə təsir göstərə bilər. O filmlərə baxmaq əxlaqsızlıqdır.

- Mən təbliğ etmirəm. Demirəm yaxşı şeydir. Siz mənim sualıma cavab vermədiniz. Mənə deyin, necə oldu ki, birinci dəfə baxdız?
- Ürəyim istədi, baxdım.

- Kaseti haradan aldız?
- Satış mərkəzindən.

- Aydındır, təşəkkür edirəm. Mənə bu lazımdır. Pisdir, yaxşıdır məsələsini müzakirə etmirik, hörmətli dinləyicilər. Səmimi etiraf edin, porno-erotik filmələrə baxmısız, yoxsa yox?

- Seymur, salaməleyküm. Necəsiz?
- Əleykümə salam. Çox sağ olun.

- Baxmısız, yoxsa yox?
- Bəli, baxmışam.

- Neçə yaşınız var?
- Mənim 38 yaşım var.

- Neçə yaşınızda baxımısız ilk dəfə?
- Onu dəqiq deyə bilmərəm.

- Necə yəni? 60 yaşınız yoxdur ki?
- Yəni vaxtını hesablamamışam. İndi baxmayan var ki? Hər bir kəsin əlində, telefonunda var.

- Ay Seymur, necə oldu baxdınız, şərait necə yarandı, evdəkiləri yola saldız, ya necə?
- Evdə baxmırıq belə şeylərə. Maşında televizor var. Disk qoyub baxırıq.

SMS: «Biz bütün məhəllə uşaqları ilə avtobusda baxmışıq»,
«O filmlərə hamı baxıb. Bəziləri həvəskar olaraq telefona çəkib»- yazıb göndəriblər 9102 SMS nömrəsinə. Bax, mən telefona çəkəni başa düşə bilmirəm.

Yusif yazıb göndərib «Tural, sən axı həmişə mənalı sual verirdin». Bu, əslində mənasız sual deyil. Çox mənalıdır. Söhbət gənclərin bu məsələ ilə bağlı fikirləridir. Yəni neçə yaşlarında baxıblar, necə olub baxıblar?. Bu, həyatın ayrılmaz bir hissəsidir.


- Fəxrəddin bəy, salaməleyküm, necəsiz?
- Salam, sağ olun.

- Neçə yaşınız var?
- İndi 34.

- Neçə yaşınızda baxmısız?
- Əsgərlikdən əvvəl.

- Neçə yaşınız var idi?
- Hardasa 16-17 yaşımda.

- Necə oldu ki, baxdınız, harada baxmısız?
- Bilirsiniz, o vaxt videolar təzə-təzə çıxırdı. Hər adamda yox idi. Kənddə tək-tük yerlərdə olurdu. Orada gedib baxmışdıq.

- Nə qədər pul vermişdiz ona baxmağa?
- Bir manat.

- Aydındır. Təşəkkür edirəm zənginizə görə.


«Qardaş, filmə baxmağa ehtiyac yoxdur. Telefonlarda nələr yoxdur. Vallah, biabırçılıqdır» - Arif yazıb göndərib.
«Kinoteatrda baxmışam».
«Hamıya salam. Mən hər gecə baxıram. Səhərə kimi yatmıram. Dəli olmuşam. İndi mən nə edim?» Müalicə olunun, başqa heç nə.

- Savab bəy, salaməleyküm, necəsiz?
- Salam. Sağ olun.

- Neçə yaşınız var?
- 22 yaşım var.

- Baxmısız erotik filmlərə?
- Bəli.

- Neçə yaşında?
- 16.

- Necə oldu ki, baxdınız?
- Uşaqlarla yığışmışdıq bir yerə. Ev də boş idi.

- Kimdən gəldi belə bir filmə baxmaq təklifi?
- Sinif yoldaşlarımdan birindən.

- Necə oldu ki, dedilər ki, buna baxmaq lazımdır?
- Heç. Oturmuşduq, birdən biri dedi ki, belə bir kasetimiz var, aparaq baxaq.

- Neçə nəfər idiniz?
- 4-5 nəfər var idi.

- Neçə dəfə baxdınız?
- Diskə axıra qədər baxdıq. İcarəyə götürmüşdük. Apardıq verdik sahibinə. Ondan sonra da imkan olanda baxırıq.

- Ondan sonra da baxmısız?
- Dəfələrlə baxmışıq.

- Təşəkkür edirəm.

9102-yə yazırlar ki, «11-ci sinifdə olanda qızlarımızla bərabər sinif nümayəndəsinin evində baxmışıq iki filmə. Pornaqrafiyanı qəbul etmirəm. Estetik cəhətdən insandan uzaqdır».
«Millətlə məzələnən az idi, biri də siz oldunuz». Mən heç kim ilə məzələnmirəm. Sadəcə olaraq insanlar neçə yaşından etibarən buna baxıblar, onu soruşuram.
«Salam ANS. Baxıram evdə» - bunu Aygün yazıb göndərib.
«Salam. Orta məktəbdə oxuyanda 9-cu sinifdən sonra baxırdıq. Parkda, videoda. Əcəb şey idi», «Mən baxıram. Baxmaq ayıb deyil. Kim deyirsə əxlaqsızlıqdır, nahaq yerə»,
«Salam, Tural. Bu cür mövzuda söhbət aparmağı sənə heç yaraşdırmadım»- yazıb göndərib 9102 SMS nömrəsinə 55-56. Mən nədən danışım? İnsanlara demirəm ki, buna baxın. Sadəcə, soruşuram, baxmısız ya yox?. Elə şeylər danışırsınız ki, guya siz ümumiyyətlə belə şeylərdən uzaqsınız, ümumiyyətlə, belə şeylərə baxmırsınız. Bu, hər bir insanın həyatında olan bir şeydir. Baxmısız və ya baxmamısınız, buna sadəcə fikir bildirin. Mən insanları yönləndirmirəm. Mən burada bunun təbliğatçısı deyiləm. Mən sadəcə insanlardan, gənclərdən soruşuram ki, baxmısız, ya yox?

- Salam Rövşən, necəsiz?
- Salam. Tural bəy. Çox sağ olun. Siz necəsiz?

- Yaxşı olasız, baxmısız?
- Əlbətdə ki, baxmışıq.

- Neçə yaşınızda?
- Yadımda deyil dəqiq.

- Necə oldu baxdınız?
- Maraqdan. Hal-hazırda biz televiziyada izlədiyimiz filmlərdə, proqramlarda erotik səhnələrlə dolu filmlər var. Mənimlə razısınız?

- Var. Kifayət qədər və istənilən filmdə bu var.
- Maraqlıdır da bu. Erotik səhnələr olanda tamaşaçıları daha çox maraqlandırır. Mən sizin haqqınızda fikrimi demək istəyirəm. Mən sizə həsəd aparıram. Siz yaxşı mövzulara toxunursuz. Bir saat öncə siz dövlət məmurlarının maşınları mövzusuna toxunduz. Mən SMS göndərdim. Siz belə mövzuları açanda düzgün edirsiniz. Burada hər bir şəxs öz münasibətini bildirir. Əgər mən baxmışamsa, o mənim şəxsi işimdir.

- Ümumiyyətlə, 14-15 yaşında cavan oğlanın və hər hansı bir insanın buna meyl etməsi normal bir şeydir. Burada biri yazıb ki, «Tural, sizcə bu normaldır?». Amma 35-40 yaşında baxması anormaldır artıq.
- Mən sizinlə razıyam. Mən tərəfdarı deyiləm ki, kimsə buna baxsın. Ancaq baxırsa, bu şəxsi işidir. Bu, maraqdan yaranır.

- Yaxşı şey deyil. Ancaq insanın meylinin yaranması normal bir şeydir. Bunun çarəsi yoxdur. Bunu proqramlaşdırsanız da, mümkün olmayacaq.
-Çox sağ olun zənginizə görə.
9102 SMS nömrəsinə yazırlar: «Belə mövzulara görə Milli Teleradio Şurası sizi cərimə edər. Olmaz. Yaxşı mövzu fikirləşin», 31-81 yazıb göndərib. Mən demirəm ki, bu belədir, bu belədir. Mən heç nəyi adı ilə çağırmıram. Mən sadəcə soruşuram ki, belə bir şeyə baxmısız, ya yox? Mən insanlarla başqa intim mövzuda söhbət etmirəm ki?
«Tural, bəs sən neçə yaşında baxmısan?»14 yaşımda olub. Bunu danmağın yeri yoxdur.
«Salam. Mən elə filmlərə Şirvanov şəhərində klubda baxmışam. 50 qəpiyə. Hər gün baxırıq. Burada nə var ki?»
«Öz kanallarımızda yox, peykdə baxmışam. Mənim qardaşım, bu, uzunömürlülükdür». «Mən ilk dəfə 23 yaşımda baxmışam. Bu, mənə pis təsir göstərib».
«7 yaşımdan bəri baxıram», Nemət yazıb göndərib.
«Mən ilk dəfə kinoya baxmağa getmişəm. Tamaşaçıların xahişi ilə filmi dəyişdilər. Mən də məmnuniyyətlə baxdım». «Olarmı vətənpərvərlikdən, işğal olunmuş torpaqlarımızdan danışasız?»-Tural Oxutlu yazıb. «Bir dəfə xalamgildə olanda serialda verilən bir səhnə məni çox utandırmışdı», bunu vəkil qız yazıb göndərib. «Salam, mən hər gün baxıram, baxacam da». «Tural, əvvəllər baxırdım, indi artıq həvəs qalmayıb. O qədər problem var ki, adam heç belə şeylər haqqında fikriləşmir».
Hörmətli dinləyicilərimiz, deyin görək, açıq-saçıq səhnəsi olan, pornoqrafik və erotik filmlərə baxmısınız, yoxsa yox?

- Fəridə, salaməleyküm, necəsiz?
-Salam. Çox sağ olun.

-Neçə yaşınız var?
-19.

-Baxmısızınmı?
-Bəli, baxmışam.

-Neçə yaşında?
-Çoxdan, 4 il olar.

-Necə oldu ki, baxdınız?
-Demək olar ki, televizorda baxmışam, telefonda da baxmışam. Hər görəndə baxıram. Bu, maraqdan irəli gəlir. Baxmaq istəmirdim. Amma məcbur elədilər, baxdım.

-Necə yəni məcbur elədilər? Əlinizi-qolunuzu tudular ki, baxmalısan?
-Yox. Baxmırdım, dedilər bax.

-Baxdınız, marağınız yarandı və baxmağa başladınız?
-Hə. Demək olar ki, hələ də baxıram. Bu ay, keçən ay demək olar ki, hər ay baxıram.

- Aydındır. Zənginizə görə təşəkkür edirəm.


-Günel, salaməleyküm. Necəsiniz?
-Salam, Tural bəy. Çox sağ olun.

- Baxmısınız?
-Tural bəy, oxuduğumuz institutda qızların telefonunda görmüşəm elə bir şey. Düzdür, mənə yaxşı təsir bağışlamayıb. Çox pis olmuşam. Elə iyrənc bir şey olub ki, mən dərsdə müəllimdən icazə alıb çölə çıxmışam.

-Bu, yaxın müddət ərzində olub?
-Hardasa dekabr-yanvar ayı ərzində.

-İndi də baxırsınız?
-Yox, yox.

- Aydındır. Təşəkkür edirəm.

«Mən ilk dəfə 11 yaşımda baxmışam. Nə televizorda, nə də telefonda buna baxmışam. Qonşu filmə baxırdı, ona baxmışam. Anlamıram, bunun nəyi əxlaqsızlıqdır. Camaat elə danışır, guya baxmırlar. Bəyənmədim. Amma erotik səhnə olanda üzümü çevirmirəm»- Malse flkon yazıb göndərib.
« Mənim 18 yaşım var. 10 yaşımdan etibarən baxmışam. Özüm də professional insanam. Məndə kolleksiya var». Əfrasiyab yazıb göndərib.
«Baxmışam, təcrübə toplamaq üçün».
«Normal insan baxmalıdır».
«İnsanın belə şeyə meyli olması normaldır. Bu, artıq tələbatdan irəli gəlir».
«Salam, Tural. Bəli, baxmışam. İnternetdə baxdım. 16 yaşımda. İndi isə 19 yaşım var. Bu, normaldır məncə».
«Salam, adım Ülvidir. Dostlarımla bir yerdə baxmışıq».
«Siz gənclərdən soruşursuz. Bəs yaşlılar? Sizcə onlar baxmır?» Məni gənclər maraqlandırır. Çünki verilişin adı «Yaşlı klub» yox, «Gənc klub»dur.

-Fidan, salaməleyküm. Necəsiz?
- Əleykümə salam, çox sağ olun.

-Baxmısızımı?
- Bəli, baxmışam.

- Neçə yaşında?
- 15 yaşımda baxmışam.

- Necə olub ki, baxmısan?
- Sinif yoldaşım qızın telefonunu təsadüfən açanda baxmışam.

- İndi baxırsınız?
- İndi çalışıram baxmayım.

- Alınır çalışmaq?
- Yox, baxmıram. Dərslərimlə məşğul oluram.

- Birdən televizorda görəndə üzünüzü çevirirsiz, yoxsa kanalı dəyişirsiz?
- Baxıram.

Çox sağ olun. Təşəkkür edirəm.


88-80 yazıb göndərir ki, «Bir az əxlaqlı olun». Mən efirdən söyüş söymürəm. Mən efirdən əxlaqsız çağırışılar etmirəm. Kimisə təhqir etmirəm. Mən nədən danışıram. Soruşuram ki, belə filmlərə baxmısız, ya yox? Nə var ki, burada?

-Salam Samir, necəsiz?
- Əleykümə salam.

- Neçə yaşınızda baxmısız?
- İndi mənim 24 yaşım var. Haradasa 15 yaşımda baxmışam.

- Necə olub ki, baxmısız?
- Uşaqlarda videokaset var idi. Onda baxmışam.

- Özünüz təklif etdiniz ki, verin baxım, yoxsa necə?
- Bəli.

- Təşəkkür edirəm. Aydındır.

«Mənim 20 yaşım var. İlk dəfə bağçaya gedəndə baxmışam. Qonşunun videosunda».
«Bax, bu dünyada kef elə. Cəhənnəmdə burnundan gələcək».
«Mən ilk dəfə 10 yaşımda ANS-də baxmışam. Gecə saat 1-də. Ancaq təəssüf ki, indi vermirlər»

- Alek, salaməleyküm. Necəsən?
- Salam. Mən zoram.

- Nə vaxt baxmısız?
- Dünən baxmışam.

- İndi neçə yaşınız var?
- 27 yaşım.

- Necə oldu baxdınız?
- Zor olub.

- Təşəkkür edirəm. Aydındır.


- Rəşad, salaməleyküm, necəsən?
- Əleykümə salam. Təşəkür edirəm. Sizin daimi dinləyicinizəm. Bu, çünkü mövzunuza adam söz tapmır deməyə. 11 yaşımda 20 nəfər uşaqla dənizə getmişdik. Qonşumuzda bir qoca var idi. Ona dedik ki, cizgi filminə baxırıq. Orada baxdıq.

-Hamıdan gizli?
- O yatdı. Biz baxdıq.

- Minnətdaram , çox sağ olun.

«7 yaşımdan baxıram. 15 yaşım var». Murad yazıb göndərib.


-Şaiq, salaməleyküm. Necəsiz?
-Salam. Çox gözəl. Çox gözəl mövzuya toxunmusuz.

- Neçə yaşınızda baxmısız?
- 9. Təcrübə yığmaq lazımdır.

- Necə oldu ki, baxdız?
- Super. Əla. O vaxt mən baxanda kasetlərdə baxırdıq. Onu məxfi yollarla aldıq və baxdıq. Əladır.

- Çox sağ olun. Təşəkkür edirəm.

-Aytən, salaməleyküm. Necəsiz?
- Salaməleyküm. Çox sağ olun.

- Baxmısız?
- Baxmışam.

- Neçə yaşında?
- Ən birinci 12 yaşımda baxdım. Ağlamağa başlamışdım. Belə də. Hərdən kinolarda olur ki, yaxşı çəkirlər. Amma adi halda mənə porno şeylər xoş gəlmir.

- Amma televizorda olanda üzünüzü çevirmirsiz?
- Yox. Kim çevirir deyirsə, yalan deyir.

- Təşəkkür edirəm.

«Ağlım kəsəndən baxıram. Bu günə qədər» yazıb göndəriblər.
«Tural, nə yazırlar ki, bəzilərini oxumursuz? Mövzuya görə peşman oldunuz?»
Yox, mən peşman olmadım. Sadəcə olaraq bəzən insanların süni davaranışlarının şahidi oluruq. Yenə təkrar edirəm: mən buradan əxlaqsızlığa çağırmıram, təbliğ etmirəm. Mən sadəcə gənclərdən səmimi etiraf gözləyirəm ki, bu filmlərə baxırlar ya yox? Porno və erotika söyüş deyil. Bunlar sadəcə termindirlər.

-Fərid, salaməleyküm. Necəsən?
-Salam, Tural. Mənim 20 yaşım var. Mən demirəm ki, bu reallıq deyil. Mən özüm də baxmışam. Sadəcə olaraq Azərbaycanda 8 milyon 141 min əhali yaşayır. Bu mövzunu bəzi insanlar xoşlayır, bəziləri xoşlamır. Hər bir insanın evində ailəsi var. Gənclərə düzgün tövsiyyə verməkdənsə, erotika haqqında danışmaq düzgün deyil.

-Mən o haqda danışmıram axı. Mən nəsə dedim bu barədə?
- Mən demirəm nəsə deyirəm. Sizə qızlar zəng edir. Onlar deyir baxmışıq. Qızlar baxır oğlan istəyir, oğlan baxır qız istəyir.

-Siz səmimi etiraf edin: baxmısız?
-Səmimi deyə bilərəm ki, düzgün mövzu seçin.

-Baxmısız siz? Özü baxır, deyir, niyə bu mövzünü qoymusuz?

«Salam,mən baxmışam.»
«Salam, Tural, ilk dəfə 5 yaşımda baxmışam. Bütün məhəllə uşaqlarını da mən pozmuşam. O vaxtlar nə idim. İndi isə marağım yoxdur.»
Şamaxılı tələbə yazıb göndərib: «Salam, mən ilk dəfə 8 yaşımda baxmışam.»
«Salam, mən baxıram.»

Statistikanı nəzərinizə çatdırım. «Gənc klub» verilişində mən gənclərlə söhbət edirəm. Biri yazıb «Bir az tərbiyən olsun». Siz mənim tərbiyəsizliyimə şahidlik edə bilməzsiz. Çünki siz məni tanımırsız. O ki, qaldı tərbiyəsizliyə, mən söyüş söymürəm efir vasitəsi ilə. Ona görə bir qədər diqqətli olun fikirlərinizdə. Siz o SMS-i onlara yazın ki, efirə yarıçılpaq çıxırlar. Onların bir rütbələri -əməkdar artist, xalq artisti var. Şou biznes, bazar verilişlərində göstərilrənlərə deyin o sözü.
«Açıq-saçıq səhnələr olan, porno və erotik filmlərə baxmısınızmı» mövzusu ilə əlaqədar

Mən terminlərdən istifadə etmişəm. Bunlar qədim yunan sözləridir. Mövzu ilə əlaqədar statistikanı nəzərinizə çatdırıram. 80 SMS gəlib 51 dəqiqə ərzində. 18 nəfər isə zəng edib. Bu o deməkdir ki, insanlar baxıblar, baxırlar və baxmaq istəyirlər. Mən sizi baxmağa, bu işlə məşğul olmağa çağırmıram. Mən sizdən sadəcə bir şey xahiş edirəm. Sadəcə səmimi olun, süni olmayın. Hamınız baxmısız, hamınız bu hissi yaşamısınız. Ən azı bir serialda öpüşmək səhnəsi göstəriləndə üzünüzü çevirmirsiniz ki? Hamınız baxırsınız, sonra mənə tərbiyədən dərs deyirsiniz. Bu, tərbiyəsizlik deyil. Sadəcə, insanın içində olan bir hissdir. Vəhşi hissdir, necədir, bunu özünüz adlandırın.  http://www.anspress.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə