Previous Next
Bağla

MTRŞ: “Netflix” Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaq

20-12-2021 23:01
MTRŞ: “Netflix” Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaq

“Qanun layihəsində yer alan sifarişli yayım həm də bu xidmət platformalarını nəzərə alır. Hazırda Azərbaycanda bu xidmətlərin əksəriyyəti fəaliyyət göstərir”.

Xeberler.az bildirir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov APA-ya müsahibəsində ““Netflix”, “Megogo”, “Oll.tv”, “Vimeo” və s. bu kimi video xidmət platformaları Azərbaycanda yayım üçün lisenziya almalı olacaq? Onlardan Azərbaycanda nümayəndəlik açmaq və qeydiyyatdan keçmək tələb olunacaqmı?” sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, bu platformaların fəaliyyəti yerli qanunlarla tənzimlənmir: “Dünyada artıq bu platformaların tənzimləməsinə başlanılmışdır və bu uzun bir prosesdir. “Media haqqında” qanun layihəsi ilə biz də buna başlamış oluruq. Bu xidmət platformaları Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaqlar ki, bunun üçün də ölkəmizdə nümayəndəliklərini açaraq qeydiyyatdan keçməlidirlər”.

MTRŞ sədri qanun layihəsi qəbul edildikdən sonra bu cür xidmət platformalarının bloklanması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, burada məqsəd bloklama deyil: “Həmin xidmətlər yerli bazarda iştirak edir və Azərbaycan istifadəçilərindən vəsait qazanır. Ən azından onların Azərbaycanda nümayəndəliyi olmalı və vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidirlər. Bu səbəbdən də qanun layihəsinə bu müddəaların daxil edilməsi həmin xidmətlərin ölkəmizdə bloklanması məqsədi daşımır, daha çox bu sahədə legitim bazanın yaradılmasını və həmin platformaların Azərbaycan bazarına cəlb olunmasını hədəfləyir. Bu bir stimullaşdırıcı addımdır. Biz istəyirik ki, bu xidmət platformaları Azərbaycanda leqal fəaliyyət göstərsinlər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet üzərindən yayımlanan xarici TV xidmətlər qapadılacaqmı ?

27-12-2023

MTRŞ: İnternet televiziya kanalları üçün iki tələb müəyyən olunub

17-06-2021

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016

MTRŞ sədri: “Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir”

10-12-2021

Megogo ölkədə tamamilə bloklandı

15-04-2024

«XARİCİ RADİOSTANSİYALARA HEÇ BİR TEZLİKDƏ YAYIM LİSENZİYASI VERİLƏ BİLMƏZ»

09-01-2009

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qəbul edilib

14-07-2023

Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

09-07-2009

MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

22-10-2009

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

03-03-2025

Azərbaycanda yeni radio kanalına üç iddialı var

28-12-2010

“Avropa+” radiosu bağlandı

30-12-2008

Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

26-12-2022

Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

21-01-2009

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

Space radionun bağlanması ilə bağlı rəsmi açıqlama

29-09-2016

Sabah MTRŞ-nin iclası keçiriləcək

11-02-2009

MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

27-12-2021

“Xarici radiostansiyaların Azərbaycanda yayımı hüquqi müstəvidə həll olunmalıdır”

22-11-2008

Milli Televiziya və Radio Şurasının fəaliyyəti ilə əlaqədar araşdırmalara başlayıb

03-10-2009

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilib

05-04-2017

"Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır"

22-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə