Müdafiə Nazirliyində «qaynar xətt» xidməti yaradılıb

23-09-2009 / 12:03

Vətəndaşlar yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənə bilərlər

Müdafiə Nazirliyi hərbi çağırışa cəlb olunan vətəndaşların valideynləri və yaxınları övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənmək üçün sentyabrın 25-dən etibarən Müdafiə Nazirliyində yaradılan «qaynar xəttin» aşağıdakı telefon nömrələrinə zəng edə bilərlər.

438 61 10
439 23 55
439 90 28
439 55 14

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşların müvafiq hərbi komissarlıqlar vasitəsi ilə də yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini öyrənə bilməsi mümkündür.

Nazirlik çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırmaq üçün Tərbiyəvi İşlər İdarəsi yanında fəaliyyət göstərən işçi qrupun telefon nömrələrini də ictimaiyyətin diqqətinə çatdırır.

439 23 76
438 61 31
438 61 74


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.