2017-ci ilin sonunadək mobil əlavələrin hazırlanmasına tələbat korporativ İT xidmətlərinin onları ödəmək imkanını beş dəfə üstələyəcək. Bu barədə Gartner analitik şirkətinin hesabatında deyilir.
Xeberler.az RYTN-ın rəsmi saytına istinadən məlumat verir ki, 2019-cu ilədək mobil telefonların satışında illik artım 2,1 milyard olacaq ki, bu da korporativ mobil əlavələrə tələbatın artmasına səbəb olacaq. Artıq indi əməkdaşlar orta hesabla üç mobil qurğu ilə işləyirlər, “Əşyaların interneti”nin və elektron aksessuarların yayılması ilə qurğuların sayı beşə-altıyadək artacaq. Lakin 2014-cü ildə əksər təşkilatlarda 10-dan az əlavə hazırlanıb, bəzilərində isə onların işlənməsi ümumiyyətlə aparılmır.
Analitiklər təşkilatlara mobil əlavələrin hazırlanmasında prioritetlərin müəyyənləşdirilməsi üçün üsullar seçməyi, biomodal yanaşmanın tətbiqini (əlavələr üçün stabil infrastrukturun və interfeyslərin yaradılmasını bölərək biznesə lazımlı funksiyalara malik əlavələrin sürətlə işlənməsi), sürətli mobil əlavə vasitələrinin tətbiqini və kənar tərtibatçıların xidmətlərindən istifadəni tövsiyə edirlər. Hazırda təşkilatların yalnız 26 faizinin əlavələrin hazırlanmasında öz gücünə güvəndiyi halda onların 55 faizi əlavələri kənar tərtibatçıların köməyi ilə yaradır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri