Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

24-10-2025 / 11:15

Bakıda "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda beynəlxalq konfrans keçirilir.

Xeberler.az məlumat verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Serbiya, Rumıniya, Moldova, Belarus, Xorvatiya, Norveç və Portuqaliyadan rəsmi nümayəndələr iştirak edirlər.

Konfransa ümumilikdə dünyanın 20-yə yaxın ölkəsindən 350 nəfər qatılıb.

Rəsmi açılış və üç panel sessiyadan ibarət olan tədbirdə vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzuları gündəmə gətiriləcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.

Konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə