Fransanın Paris şəhərində keçirilmiş “Nanotech- Nanoscience-2015” beynəlxalq konfransı başa çatıb.
BDU-nun mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, konfransda Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi, professor Ülviyyə Həsənova və Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, Nanoaraşdırmalar laboratoriyasının böyük elmi işçisi Flora Hacıyeva iştirak edib və məruzə ediblər.
BDU əməkdaşları həmçinin konfransın işində kimya üzrə Nobel mükafatı laureatı, professor Jean-Marie Lehn və fizika üzrə Nobel mükafatı laureatı, professor Albert Fertin mühazirələrini dinləyib, aparılan müzakirələrdə iştirak ediblər.
Alimlər həmçinin Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzinin və Avropanın qabaqcıl universitetləri ilə birgə həyata keçirilən ECONANO layihəsi çərçivəsində Fransanın Paris 13 Universitetinin Materialşünaslıq laboratoriyasının professorları Jean Filipp, Andrey Kanayev ilə görüşüb, layihənin yerinə yetirilmə vəziyyəti haqqında müzakirələr aparıblar. Səfər zamanı yeni bir təhsil proqramının hazırlanması ilə bağlı Paris 13 Universiteti ilə razılıq əldə edilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri