Previous Next
Bağla

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025 17:40
İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı Böyük Britaniyanın Nottingem Universitetinin nümayəndələrini qəbul edib. Görüşdə “Beynəlxalq Bankçılıq və Maliyyə Cəmiyyəti”nin (IFABS) prezidenti, “INFINITY” – İnklüziv Maliyyə Texnologiyaları Mərkəzinin həmtəsisçisi, professor Meryem Duygun və “Qlobal Bankçılıq və Maliyyə İnnovasiyaları Mərkəzi”nin həmtəsisçisi, professor Sanjay Banerji iştirak ediblər.

Xeberler.az məlumat verir ki, Vüsal Qasımlı Azərbaycanın makroiqtisadi çərçivəsi, pul-kredit siyasəti, fiskal və struktur islahatları barədə məlumat verib. O, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nda müəyyən edilmiş əsas məqsədləri və dövlət proqramlarının monitorinq və qiymətləndirmə sahəsində İİTKM-in tətbiq etdiyi rəqəmsal həllər və alətləri qonaqların diqqətinə çatdırıb. Müzakirələr əsasən rəqəmsal maliyyə, maliyyə texnologiyalarının inklüzivliyi, dayanıqlı maliyyə və inkişaf etməkdə olan bazarlarda risklərin idarə olunması sahəsində birgə tədqiqatlar üzrə davam etdirilib.

Qonaqlar İİTKM ilə əməkdaşlığı genişləndirmək, inklüziv maliyyə texnologiyaları, rəqəmsal innovasiyalar və iqlim maliyyəsi siyasəti üzrə birgə tədqiqat layihələri hazırlamaq niyyətlərini bildiriblər. Daha sonra Nottingem Universitetinin professorları ilə İİTKM-in əməkdaşları arasında görüş keçirilib.

Tədbir çərçivəsində İİTKM-in Monitorinq və Qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə dövlət proqramlarının monitorinq və qiymətləndirmə prosesi və “Layihə idarəetməsi” modulu barədə təqdimatla çıxış edib. O, proqramların icra vəziyyətinin qiymətləndirilməsi, effektivliyin artırılması məqsədilə tətbiq edilən metodologiyalar və layihələrin strateji istiqamətləri barədə ətraflı məlumat verib.

Nottingem Universitetinin professorları Meryem Duygun və Sanjay Banerji innovasiya və maliyyə sahəsində beynəlxalq təcrübələr, eləcə də universitet-sənaye əməkdaşlığının əhəmiyyəti barədə danışıblar. Qonaqlar həmçinin rəqəmsal transformasiya və maliyyə texnologiyalarının innovasiya ekosisteminə təsiri, eləcə də startap mühitinin dəstəklənməsi istiqamətində beynəlxalq yanaşmalarla bağlı təqdimatla çıxış ediblər.

Görüşdə İİTKM-in əməkdaşları ilə yanaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, "Yeni Fikir" MMC-dən və digər qurumlardan nümayəndələr iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib

24-10-2024

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025

Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

04-11-2020

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

İİTKM-ə yeni rəhbər təyinatı olub

13-12-2019

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə