Müştəri təcrübəsini daim inkişaf etdirən “Nar”, şəxsi hesablara rəqəmsal nəzarət imkanı verən “Nar+” tətbiqində yeni qeydiyyatdan keçən abunəçiləri üçün xüsusi kampaniyaya start verib.
Xeberler.az bildirir ki, tətbiqin yeni istifadəçilərinə qeydiyyatdan keçdikdən sonra 24 saat ərzində xüsusi bonuslar təqdim olunacaq. Kampaniya 19 aprel tarixinədək davam edəcək.
Xatırladaq ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Belə ki, abunəçilər bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir. Tətbiqin daha bir unikal xüsusiyyəti isə eyni anda 5-dək hesaba nəzarət etmə imkanı verməsidir.
Qeyd edə ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri