Previous Next
Bağla

Nar media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

06-12-2018 15:38
Nar media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

“Nar” “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində media nümayəndələri ilə görüş keçirib və ən son məhsullarının təqdimatını edib.

Xeberler.az  bildirir ki, jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar”-ın Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi onlayn TV - “Nar TV” və “Nar Wi-Fi” haqqında ətraflı məlumat verilib və əyani göstərilib. Bildirilib ki, abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan “Nar TV” mobil tətbiqini telefonlara və ya tabletlərə yükləməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçirilməlidir. Bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında 100-ə qədər Azərbaycan, regional və beynəlxalq kanallara rahat şəkildə baxa bilərlər. Məlumat verilib ki, “Nar TV” tətbiqini yükləyən istifadəçilər idman, əyləncə, uşaq, film, xəbər kanallarına 1 ay ərzində pulsuz baxa biləcəklər. Bundan başqa media nümayəndələrinə “Nar TV”-nin üstünlükləri barədə də danışılıb və əyani göstərilib.

Mətbuat konfransında “Nar”-ın sərgidə təqdim etdiyi digər məhsul – “Nar Wi-Fi” haqqında da məlumat verilib. Bildirilib ki, bu internet paylayıcısı sayəsində abunəçilər istənilən məkanda sərfəli qiymətə portativ yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcəklər. Bunun üçün müvafiq tarifli SIM kart ruterə daxil edilir və enerji mənbəyinə qoşulduqdan sonra qurğu avtomatik olaraq işə düşür. 30-dan artıq cihaz eyni anda internetə qoşula bilir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi sürətli internetlə təmin edən naqilsiz texnologiyadır. “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir. Daha sonra media nümayəndələri “Nar” stendinə dəvət edilib və mobil operatorun yeni texnologiyaları ilə əyanı tanış olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar Wi-Fi ilə 4G artıq evinizdə

03-12-2018

Nar TV tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax

23-10-2018

Nar Wi-Fi ilə bağ mövsümündə internetsiz qalma

18-07-2019

Nar TV ilə ən maraqlı filmlər və TV serialallar Azərbaycan dilində

03-04-2019

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021

Nar abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

27-02-2019

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018

Nar-dan Samsung Galaxy Note 9 qazanmaq fürsəti

04-12-2018

Nar MiFi paketi ilə 6 aya qədər pulsuz internet təklif edir

13-12-2018

Nar-ın müştərisi ol, sərfəli tariflərdən yararlan

07-08-2019

Nar 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

28-11-2018

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016

Nar internet paketlərini limitsiz etdi

05-08-2017

Nar-dan xüsusi endirimli smartfon

16-01-2018

“Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!

28-11-2019

Nar+ tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb

29-01-2020

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

Nar Mobile Azərbaycana 4G xidmətini gətirir

20-02-2015

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

Nar abunəçiləri WhatsApp-dan pulsuz istifadə edir

24-01-2019

Nar sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

19-02-2019

“Nar+” tətbiqi ilə müştəri xidməti cibinizdə

26-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə