Previous Next
Bağla

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

18-04-2018 17:36
Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

Bu gün imzalanmış əməkdaşlıq razılaşması ilə Nar və ADA Universiteti mövcud əməkdaşlığı genişləndirməyə qərar verib.

Nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına Nar operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.

Xeberler.az bildirir ki, razılaşmanın imzalanma mərasimində Azerfon MMC-nin baş icraçı direktoru Qunnar Panke ADA Universiteti ilə əməkdaşlığın Nar-ın irimiqyaslı korporativ sosial məsuliyyət layihələrinin reallaşdırılması baxımından böyük perspektivlər vəd etdiyini bildirdi.

“Mən inanıram ki, bu məhsuldar tərəfdaşlıq platformu ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə və yeni innovativ layihələrin inkişafına böyük töhfə verəcəkdir”, - deyə cənab Panke qeyd etdi.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə elm və təhsil layihələrinin Nar-ın sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirildiyi üçün mobil operator nümayəndələrinə minnətdarlığını bildirdi:

“ADA-nın təklif etdiyi karyera yönümlü müasir akademik proqramlar nəzəriyyə ilə təcrübəni bir araya gətirir. Bu mənada, Nar-ın öz sahəsi üzrə geniş təcrübəyə malik peşəkarlarının tələbələrimizlə quracaqları ünsiyyətin böyük fayda verəcəyinə biz də inanırıq”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

22-01-2019

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22-02-2020

Nar-dan ADA Innovation Awards 2019-a dəstək

26-04-2019

Nar İT sahəsində fərqlənən tələbələrə dəstək olub

10-10-2019

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019

Nar gənclərin uğurlu karyera qurmasına dəstək olur

04-03-2019

Nar-ın dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçildi

24-05-2019

EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11-01-2019

Nar ən fəal şirkət seçildi

05-03-2018

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022

ADA-nın İT tələbələri üçün yeni imkan

21-09-2017

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019

ADA-nın İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun saytı hazırlanır

04-08-2015

“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir

09-07-2025

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir

01-05-2023

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023

Nar tələbələr üçün yeni iş imkanları təklif edir

17-12-2018

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020

“Nar” və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi

29-04-2021

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

25-09-2024

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə