Previous Next
Bağla

Nar-ın dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçildi

24-05-2019 16:55
Nar-ın dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçildi

“Nar”-ın dəstəklədiyi “ADA Innovation Awards 2019” mükafatının final mərhələsinin qalibləri müəyyən edilib.

Xeberler.az bildirir ki, əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını  başlamaq və real biznes qurmasına şərait yaratmaq olan müsabiqədə 1-ci yeri “Who is around”, 2-ci yeri “SafeSound”, 3-cü yeri isə “Oracins” layihələrini irəli sürən tələbələr qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilib. Eyni zamanda 2019-2020-ci tədris ilində “ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu qazanıblar.

“Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə gənc nəslin innovasiyalara açıq olduğundan və tətbiq imkanlarını anladıqlarından əmin olmalıyıq. Buna görə də, “Nar” olaraq növbəti dəfə gənclər üçün böyük əhəmiyyət kəsb edən bu tədbirin tərəfdaşlarından biri olmaqdan məmnuniyyət duyuruq. Gənclərin intellektual inkişafına dəstək vermək bizim KSM strategiyamızın əsas istiqamətlərindən biridir və onların innovativ ideyalarını hər zaman dəstəkləməyə hazırıq”, - deyə “ADA Innovation Awards 2019” qaliblərinin seçilməsi üçün münsif qismində dəvət edilən “Nar”-ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib. O qeyd edib ki, təqdim edilən layihələri dəyərləndirərkən tələbələrin gündəlik problemlərə innovativ yanaşmasını görmək çox sevindiricidir.

“Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında ADA Universiteti Fondu ilə əməkdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.

 “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar-dan ADA Innovation Awards 2019-a dəstək

26-04-2019

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22-02-2020

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

18-04-2018

Nar gənclərin uğurlu karyera qurmasına dəstək olur

04-03-2019

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

22-01-2019

Nar İT sahəsində fərqlənən tələbələrə dəstək olub

10-10-2019

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

Nar ən fəal şirkət seçildi

05-03-2018

Nar əmək yarmarkasında iştirak etdi

02-07-2018

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023

Nar əmək yarmarkasında iştirak etdi

06-06-2018

Nar-dan gənclərə karyera fürsəti

14-03-2019

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

11-06-2019

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019

5 tələbə Nar-dan təqaüd alacaq

12-10-2018

Nar tələbələr üçün xüsusi mükafat təsis edib

13-10-2016

Nar gənclərə karyera qurmaqda dəstək olur

10-12-2018

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018

Nar-ın sosial layihələri bu il də davam edəcək

21-02-2019

Nar tələbə və məzunlara karyera qurmaqda dəstək olur

26-09-2019

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019

“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir

01-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə