Nar əmək yarmarkasında iştirak etdi

02-07-2018 / 17:52

“Nar” Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi. 29 iyun 2018-ci ildə Bakı Biznes Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edən “Nar” müxtəlif vakant vəzifələrə sənəd qəbulu elan etdi.

Xeberler.az bildirir ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd təşkilatçı universitetin tələbə və məzunlarının yiyələndikləri ixtisaslar üzrə müvafiq işlə təmin edilmələrinə dəstək göstərilməsindən ibarət idi. Eyni zamanda, tədbirə digər universitetlərdə təhsil alan tələbələr və məzunlar da dəvət edilmişdilər.

Qeyd edək ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və məşğulluğa böyük önəm verən “Nar” mütəmadi olaraq müxtəlif əmək yarmarkalarında iştirak edərək gənc kadrları şirkətdə ixtisasları üzrə işlə təmin etməyə çalışır. Daha öncə, fiziki məhdudiyyətli gənclərin işlə təmin edilməsi üçün təşkil edilmiş yarmarkada iştirak edən mobil operator belə gənclərin cəmiyyətə inteqrasiya edilməsi yönündə müxtəlif layihələr həyata keçirir.

Bundan başqa , ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında isə “Nar” “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.