2021-ci ilin Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” ən yüksək nəticə göstərərək birinciliyini qoruyub. Ötən illə müqayisədə “Nar”ın Müştəri Loyallığı İndeksi 2021-ci ildə 50% yüksəlib. “Nar” 2019-cu ildən etibarən Müştəri Loyallığı İndeksi üzrə yerli mobil rabitə bazarının lideridir.
Xeberler.az bildirir ki, şirkətin Baş İcraçı Direktoru Qunnar Panke əldə olunan nəticədən dolayı qürur duyduğunu bildirir. ““Nar” olaraq bütün fəaliyyətimizi son nəticədə müştərilərimizin rahatlığına fayda verəcək şəkildə qurmuşuq. İstər yeni məhsullar hazırlayarkən, istərsə də mövcud xidmətləri təkmilləşdirərkən abunəçilərimizin rəylərini öyrənirik və tətbiq edirik. Bu liderliyi Azərbaycan kimi rəqabətcil rabitə bazarında 3 il boyunca saxlaya bilmək bizim üçün çox böyük uğurdur.”
“Nar”ın sərfəli təklifləri, mobil internet xidmətlətinin keyfiyyəti və müştəri xidmətlərinin üstünlüyü Müştəri Loyallığı İndeksini üzrə lider mövqeyinin qorunub saxlanmasının əsas faktorları olub. “Nar” mağazalarının yenilənərək müştərilər üçün daha rahat xidmət şəraitinin yaradılması, “Nar+” tətbiqinin təkmilləşdirilməsi ilə abunəçilərin balanslarına daha asan nəzarət etməsi və həmçinin davamlı gücləndirilən mobil şəbəkə mobil opeartorun müştəriyönümlülük strategiyası çərçivəsində həyata keçirilir. Mobil operatorun müştəriyönümlülüyü özünün əsas iş istiqaməti kimi müəyyən etməsi abunəçilərin razılığının məhz bu yöndə xüsusi seçilməsinə səbəb olub.
Qeyd etmək lazımdır ki, Müştəri Loyallığı İndeksinin (Net Promoter Score – NPS) müəyyən edilməsi mobil operatordan asılı olmayan, müstəqil qurumlar tərəfindən beynəlxalq təhlil standartlarına uyğun sorğular əsasında aparılır. Bir qayda olaraq, sorğuda iştirak edənlər istifadə etdikləri xidməti yaxınlarına, dostlarına, qohumlarına məsləhət görərdilərmi sualına 10 ballıq qiymətləndirmə ilə cavab verirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri