Sərfəli qiymətləri və bölgələrə xüsusi diqqəti ilə seçilən “Nar” Daşkəsən şəhərinin 95 illiyi münasibətilə keçirilən festivalda iştirak etdi. Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən Xoşbulaq kəndində təşkil olunan möhtəşəm festivala “Nar” gözoxşayan stendi ilə xüsusi rəng qatdı.
Festivalda iştirak edən Daşkəsən sakinləri “Nar” stendində mobil operatorun təqdim etdiyi sərfəli xidmətlərlə tanış oldular və tədbirə özəl kampaniya ilə yeni “Nar” nömrələri əldə etdilər. Mobil cihazların, aksesuarların və digər sərfəli məhsulların satışının təşkil edildiyi “Nar” stendində qonaqlar üçün “Nar”dan xüsusi hədiyyələr də
təqdim olundu.
Qeyd edək ki, “Nar”ın festivalda iştirakının əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan abunəçilərlə birbaşa ünsiyyətdə olmaq, onların təklif və istəklərini yerində öyrənməkdir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları