Previous Next
Bağla

Naxçıvanda fərdi peyk antenaları yığışdırılır

18-12-2008 16:02
Naxçıvanda fərdi peyk antenaları yığışdırılır

  Peyk antenalarının əvəzinə isə binaların dam örtüyündə yerli hakimiyyət tərəfindən mərkəzləşdirilmiş qaydada cəmi bir peyk antenası quraşdırıldığı bildirilir
  Naxçıvanda peyk vasitəsi ilə Avropa ölkələri, Türkiyə və Rusiyanın televiziya kanallarına baxmaq üçün binaların eyvanında əhali tərəfindən quraşdırılan şəxsi peyk antenaları yığışdırılır. Bu barədə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) məlumat yayıb. Peyk antenalarının əvəzinə isə binaların dam örtüyündə yerli hakimiyyət tərəfindən mərkəzləşdirilmiş qaydada cəmi bir peyk antenası quraşdırıldığı bildirilir. Verilən məlumata görə, binada yaşayan bütün əhali telekanallara baxmaq üçün həmin peyk antenasından istifadə etməlidir. Həmin peyk antenalardan istifadə etməklə isə əhali yalnız Azərbaycan və Türkiyənin televiziya kanallarına baxa bilir.   Belə ki, peyk antenaların yığışdırılmasına bir il bundan əvvəl başlanıb. Əvvəlcə Yeni Naxçıvan və Əliabad qəsəbəsində bir neçə bina təmir olunarkən peyk antenaları yığışdırılıb. Son dövrdə isə antenaların yığışdırılması kütləvi hal alıb. Artıq Naxçıvan şəhərinin mərkəzindəki binaların hamısından peyk antenaları yığışdırılır.
  \"Mən indiyə qədər iki peyk antenadan istifadə etmişəm. Türk televiziya kanalları vasitəsilə xəbərlər proqramını izləyirdim, eyni zamanda Avropa peyklərindən istifadə edərək, \"Azadlıq\" radiosunu, BBC televiziya və radiosunu izləyir, Rusiya televiziya kanallarında isə kinolara baxırdım. Mərkəzləşmiş vahid peyk antenalar quraşdırıldıqdan sonra isə bundan məhrum olmuşam. İndi yalnız Türkiyə və Azərbaycan televiziya kanallarını izləyə bilirəm. Avropa telekanallarını izləmək üçünsə daha bir peyk antena quraşdırmaq lazımdır. Buna isə evin eyvanında kənardan görünməmək şərti ilə icazə verilir. Çox zaman isə evin quruluşundan asılı olaraq eyvanlara antena qoyulması mümkün deyil\". Bunu RATİ-nin Naxçıvandakı müxbirinə Naxçıvan şəhər sakini Ramiz İsmayılov bildirib.

  Naxçıvan şəhər İcra Hakimiyyətindən Turan informasiya agentliyinə verilən məlumata görə antenaların sökülməsi onların şəhərin arxitekturasına xələl gətirməsi ilə bağlıdır. “Hər çoxmərtəbəli binada mindən çox antena var və bunlar bir növ yağışdan sonra baş qaldıran göbələkləri xatırladır. Biz insanların istəyinə uyğun olaraq, hər binanın üzərində onların istifadə edəcəyi antenanı mərkəzləşmiş qaydada qururuq”, - deyə icra hakimiyyətinin nümayəndəsi qeyd edib.anspress.com

 

 

xeberler.az/Ellada

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çanaq antenalarının sökülməsi insanların informasiya əldə etmək hüququnun pozulmasıdır

22-10-2009

Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

06-12-2019

Çin orbitə iki yeni peyk buraxıb

05-11-2008

ANS TV-nin yayımı Eutelsat peyki vasitəsilə həyata keçirilir

31-03-2009

Real TV-nin peyk yayımına başlayacağı vaxtı açıqlanıb

10-03-2018

Avropa Peyk Meteorologiya Təşkilatı Rusiya ilə əlaqəni kəsib

23-03-2022

Çin kosmosa yeni peyk buraxıb

30-12-2025

Azərbaycan və Qazaxıstan peyk şəbəkələrinin koordinasiyası ilə bağlı tədbir keçirilib

16-11-2009

Xarici radiolarının qısa dalğada da yayımı qadağandır

07-01-2009

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009

Milli peyklə bağlı üç ölkə ilə müqavilə imzalanacaq

23-07-2010

MuzTV Azərbaycan peyk yayımına başlayır

05-10-2017

Azərbaycanda peyk təsvirləri ilə bağlı 400-dən çox layihə həyata keçirilib

01-12-2022

ABŞ “Delta 2” peykini kosmosa göndərib

06-05-2009

Yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib

15-11-2017

FM tezliyi dayandırılmış radiolar fəaliyyətlərini davam etdirir!

02-01-2009

İran kosmosa ilk peykini buraxıb

03-02-2009

Azərbaycanın orbitə süni peyk buraxması ilə bağlı tender keçirilir

13-04-2009

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb

31-01-2022

“SpaceX”ın 40 peyki sıradan çıxıb

10-02-2022

“Azərkosmos”la “Gilat” birgə müqavilə imzaladı

04-12-2014

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026

Yeni peyk Google-a müfəssəl şəkillər verəcək

09-09-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə