Previous Next
Bağla

Naxçıvanda “Təqib və İzləmə” sisteminin təqdimatı keçirilib

09-06-2023 15:27
Naxçıvanda “Təqib və İzləmə” sisteminin təqdimatı keçirilib

Naxçıvan MR Dövlət Vergi Xidmətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin, Naxçıvan MR DVX-nin və Baş Gömrük İdarəsinin, “T&T Texnologiyalar” şəbəkəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə tətbiq olunacaq “Təqib və İzləmə” (“Track and Trace”) sisteminin təqdimatı keçirilib.

Xeberler.az-ın Naxçıvan bürosu xəbər verir ki, təqdimatda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin aparat rəhbəri Emil Qarayev təqib və izləmə metodunun tətbiqini şərtləndirən məqamları diqqətə çatdırıb. Bildirib ki, bu mexanizmin tətbiqi hazırda bütün dünyada aktualdır, həm biznes, həm də nəzarət edən qurumlar üçün prioritetdir. “Təqib və İzləmə” sistemi təchizat zəncirinin keyfiyyətini, səmərəliliyini və şəffaflığını artırmaqla yanaşı, məlumatların paylaşılması və istifadəsi üçün həllərin hazırlanmasına, təhlükəsizliyin və etibarlılığın artırılmasına imkan verir.

Qeyd olunub ki, “Təqib və İzləmə” sistemi istehsal prosesindən ən son istehlakçıya qədər məhsulun keçdiyi bütün yolu real vaxt rejimində izləmək imkanı verir. Sistem vasitəsilə ən çox üstünlük verilən satış nöqtələri və markalar analiz edilir, həmçinin istehsal və logistika imkanlarını optimallaşdırmaq mümkün olur, bu da öz növbəsində biznes xərclərinin azaldılması və mənfəətin artırılmasına şərait yaradır.

“T&T Texnologiyalar” şəbəkəsinin əməkdaşı layihənin tətbiqində üstünlüklər, layihə iştirakçıları, “Təqib və İzləmə” sisteminin ümumi təsviri, marka nümunələri, iştirakçının və məhsulun sistemdə qeydiyyatı və başqa məsələlərlə bağlı işləmə mexanizmi barədə tədbir iştirakçılarına məlumat verib.

Təqdimat zamanı “Təqib və İzləmə” sisteminin muxtar respublikada, vergi sistemində, eləcə də xaricdən idxal olunan aksizli malların gömrük prosedurlarında tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi” istifadəyə verilir

08-02-2024

Naxçıvanda “Elektron resept” layihəsinin təqdimatı olub

07-03-2024

ABB Dövlət Vergi Xidməti ilə tərəfdaşlığa başlayıb

12-01-2026

Azərbaycanda qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı tapşırıqlar verilib

13-10-2023

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin Siyahısı” genişləndirilib

21-11-2024

Nazirlik nəqliyyat vasitələrində GSM izləmə sistemi tətbiq edir

02-11-2015

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024

Naxçıvanda “e-rüsum” sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

10-07-2025

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

WhatsApp-da birini izləmənin yolu: WhatsDog

07-05-2015

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa keçirilib

03-12-2024

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda "ASAN İmza" sertifikatlarının verilməsi 3 dəfə artıb

18-09-2023

Twitter-dən daha bir yenilik

21-04-2015

Naxçıvanda 9 ayda 2 000-ə yaxın yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb

16-10-2023

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023

Naxçıvanda may-sentyabr aylarında 4 minə yaxın "ASAN İmza" sertifikatı verilib

09-10-2023

Xarici onlayn saytlardan paltar alışına vergi tətbiq edilməsi ilə bağlı açıqlama

07-06-2022

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə