Previous Next
Bağla

Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa keçirilib

03-12-2024 16:39
Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri və müstəqil ekspertlərin iştirakı ilə Dəyirmi Masa keçirilib. Görüşün əsas məqsədi Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış bir sıra yeni rəqəmsal xidmətlərlə bağlı məlumatlandırmanın aparılması olub.

Xeberler.az məlumat verir ki, Dəyirmi Masada çıxış edən DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” və “Vergi və hesabatlılıq” işçi qruplarında özəl sektorun inkişafına əlverişli imkan yaradan qaydaların və təcrübələrin tətbiqi ilə əlaqədar layihələr geniş müzakirə olunur.

Aparılan işlər çərçivəsində vergitutma qaydalarının keyfiyyətinin artırılması, asan və effektiv xidmət infrastrukturunun qurulması, eləcə də vergi qanunvericliyinin müddəalarının aydınlığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə həyata keçirilən yol xəritələri çərçivəsində irəli sürülmüş təkliflər əsasında DVX tərəfindən bir sıra yeni rəqəmsal xidmətlər hazırlanıb.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva “Xarici investisiyalı MMC-nin elektron qeydiyyatı” və “Yerli və xarici investisiyalı MMC-nin qeydiyyat məlumatlarının elektron dəyişikliyi” barədə layihələrlə bağlı təqdimat edib.

Görüş iştirakçılarına xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı, həmçinin yerli və xarici investisiyalı MMC-lərin elektron məlumat dəyişikliyi ilə bağlı layihə barədə məlumat verilib.

Bildirilib ki, tezliklə vergi ödəyiciləri MMC-nin adı, hüquqi ünvanı, Müşahidə Şurasının tərkibi, qanuni təmsilçisi, təsisçiləri, nizamnamə kapitalı və s. kimi məlumatları elektron şəkildə dəyişə biləcəklər.

DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Emil Həsənov “Qeyri-rezidentlərin elektron xidmətlər üzrə ƏDV qeydiyyatı” xidməti barədə təqdimatla çıxış edib. Görüş iştirakçılarına rəqəmsal xidmətlərin vergiyə cəlb olunması üzrə görülmüş işlər, ƏDV Portalının (https://ecommerce.e-taxes.gov.az) mahiyyəti və qeyri-rezidentlərin bu portalda qeydiyyat prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, artıq DVX tərəfindən “Apple Distribution  International Limited” şirkəti ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb.

DVX-nin Vergi ödəyicilərinə xidmət baş idarəsinin əməkdaşı Turan Əlizadə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi” layihəsi barədə təqdimat edib. Bildirib ki, layihənin reallaşdırılması nəticəsində kontragentlərlə işin risklərinin qiymətləndirilməsi, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində bir-biri haqqında DVX-nin müvafiq bazasında olan məlumatların əldə edilməsi üçün imkan yaranacaq, ödəyicilərin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələri təşviq olunacaq. Layihə hazırda yekunlaşma mərhələsindədir və tezliklə vergi ödəyicilərinin istifadəsinə veriləcək.

Dəyirmi Masada “Caspian Energy Club”, “BM Morrison Partners”, “Ekvita”, “Dentons Europe (Central Asia) Limited, "Veysəloğlu Şirkətlər Qrupu"nun nümayəndələri, həmçinin müstəqil ekspertlər iştirak ediblər. Konsaltinq şirkətlərinin və ekspertlərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər barədə məlumat verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06-05-2025

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

26-11-2024

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024

“Apple”a ödəniş zamanı vətəndaşların vəsaitinə ƏDV hesablanmayacaq

18-11-2024

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

01-08-2025

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

08-04-2026

Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib

28-08-2023

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

11-02-2023

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Naxçıvanda “Təqib və İzləmə” sisteminin təqdimatı keçirilib

09-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə