Previous Next
Bağla

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019 14:06
Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

Azərbaycanda dövlət qurumlarına məxsus vahid internet şəbəkəsi, dövlət resurslarına verilən vahid tələblər, dövlət qurumlarının vahid domen adı, xüsusi dövlət rabitəsi, xüsusi dövlət şəbəkələri ilə bağlı bəlli bir qanunvericilik var. Son dövrlər bu qanunvericilik xeyli təkmilləşdirilib, təhlükəsizliklə bağlı işlər güclənib.

Bütün dövlət orqanları qarşında bu istiqamətdə konkret tələblər qoyulub. İcrası Xüsusi Dövlət Mühafizə Xidməti və onun tabeliyində Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Agentliyinə tapşırılıb. eGovla bağlı səalhiyyətlər isə VXSİ Dövlət Agentliyinə verilib.

Xeberler.az bildirir ki, Naxçıvan MR-da isə Gov.az domeni tətbiq olunmur. Lakin qanunvericilik dövlət qurumlarının bu domeni əldə etməsini tələb edir.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Naxçıvan MR-in Gov.az sektorunda, AzStateNet şəbəkəsində və eGov şəbəkəsində apardığım qısa bir araşdırma göstərir ki, real vəziyyət çox narahatedicidir :

1. Naxçıvanın dövlət qurumlarında Gov.az domeni tətbiq edilmir. Halbuki, qanunvericilik tələb edir ki, dövlət qurumu mütləq olaraq məhz bu domeni əldə etməlidir. İndiyədək bu qurumlar yalnız adi, qarmaqarışıq, dqmk.nmr.az, aqupdk.nakhchivan.az, e-hokumet.nmr.az , nazirlerkabineti.nakhchivan.az, alimeclis.az və s . bu tip domenlərdən istifadə edirlər.

Yalnız bir müddət öncə Naxçıvan məhkəmələri üçün vahid formada gov.az domeni ayrılıb, nakhchivancourt.gov.az və s.

Gov.az -ın inzibatçısı XDMX-nin Xüsusi Rabitə qurumudur. Bu qurumun Gov.az saytında axtarış verdikdə Naxçıvanın dövlət qurumları ilə bağlı heç nə əldə etmək olmur.

2. Naxçıvan MR-in dövlət qurumlarının saytları ya bəsit vəziyyətdədir, ya da işləmir.
3. Naxçıvan MR Elektron hökumət Portlaı - e-hokumet.nmr.az işləmir.
4. Gov sektorunda rəqəmsallaşma inkişaf etməyib və dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası reallaşmayıb və s.

Düşünürəm ki, bu vəziyyət Ali hakimiyyəti ciddi narahat etməlidir. Adı çəkilən qurumlar Naxçıvan MR-də və o cümlədən digər regionlarımızda rəqəmsallaşmaya, eGov quruculuğuna, ölkənin vahid informasiya məkanının formalaşmasına, xüsusilə də dövlətə məxsus vahid informasiya şəbəkəsinin formalaşmasına ciddi diqqət yetirməli və köməklik göstərməlidirlər.

Vahid yanaşma, mərkəzləşmə tətbiq edilməlidir.
Fikrimcə, Naxçıvan MR-də və regionlarda, bu istiqamətdə işlərin canlandırılması üçün xüsusi dövlət proqramları qəbul edilməlidir.

Son zamanlar qonşu regionlarda baş verənlər göstərir ki, biz öz informasiya və virtual məkanımızın qorunmasına, dövlət informasiya şəbəkəsinin və resurslarının dayanıqlığına daha çox diqqət yetirməliyik".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanın rəqəmsal-innovativ mühiti 15-20 il geridədir-EKSPERT ŞƏRHİ

10-12-2022

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023

Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27-01-2023

Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

13-01-2023

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022

Naxçıvanın Turizm Departamentinin saytı “gov.az” zonasına köçürülüb

26-07-2023

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022

Naxçıvanda ehtiyat DATA Mərkəzi yaradılacaq

23-12-2022

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023

Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “AzStateNet” şəbəkəsinə köçürülüb

06-06-2023

Şahbuz Rayon İcra Hakimiyyətinin saytı “GOV.AZ” zonasına köçürülüb

25-05-2023

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

07-08-2023

İnormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir

23-12-2025

Naxçıvanın 3 dövlət qurumunun elektron informasiya resursları “AzStateNet”ə köçürülüb

13-06-2023

Kəngərli Rayon İcra Hakimiyyətinin saytı "gov.az" zonasına köçürülüb

05-07-2023

Naxçıvan MR-da Maliyyə Nazirliyinin saytı "AzStateNet" şəbəkəsinə köçürülüb

09-08-2023

Naxçıvanda daha iki nazirliyin saytları “gov.az” zonasına köçürülüb

23-05-2023

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025

DİM-in internet resursları istifadəçi sayına görə birincidir

01-10-2019

Naxçıvanın rabitə və nəqliyyat sahəsinin inkişafı üzrə perspektiv planlar müzakirə edilib

08-06-2023

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

11 ayda “AzStateNet" üzrə 751 APT kiberhücumu indikatoru aşkarlanıb

23-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə